Rusiya qırıcıları Xəzərdə uçuşlara başladı
Rusiya Qara dəniz donanmasının dəniz aviasiyası qoşunların qəfil döyüş hazırlığının yoxlanılması tədbirləri ilə əlaqədar Qara və Xəzər dənizi hövzələrində kəşfiyyat uçuşları aparır.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Qara dənizdə hərbi təyyarələr şərti düşmənin sualtı qayıqlarının axtarışı, izlənməsi və onun su üzərinə çıxmasına məcbur edilməsinə dair tapşırıqları həyata keçirib. Təlimlərdə Şimal donanmasının dəniz aviasiyasına məxsus "İl-38” və "Tu-142” təyyarələri iştirak edir. Təlim çərçivəsində təyyarələr Cənub Hərbi dairəsinin aerodromlarında dislokasiya olub”, - deyə məlumatda bildirilir.
Ümumilikdə axtarış tədbirlərində 30-dan çox təyyarə iştirak edir. Onlar 3 min kilometrdən artıq məsafə uçublar.
Digər Xəbərlər
03 May 2024 17:31
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05