adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
27 Iyul 2020 20:00
12878
SAĞLAMLIQ

Rusiya prezidentinin müvəkkili ailəlikcə koronavirusa yoluxub - VİDEO

Keçmiş biatlonçu, hazırda Rusiya Dövlət Dumasının deputatı Anton Şipulin koronavirusa yoluxub. Bu barədə idmançı "Instagram” hesabında bildirib.

Onun sözlərinə görə, diaqnoz həyat yoldaşı, qayınanası və qızında da təsdiqini tapıb. Oğlunun testinin cavabı isə mənfi olub.

A.Şipulin onu da əlavə edib ki, həyat yoldaşı xəstəliyi ağır keçirir, xəstəxanaya yerləşdirilib. Qalanlarında isə koronavirus yüngül formada keçir.

Qeyd edək ki, Anton Şipulin Rusiya Prezidenti Vladimir Putinin müvəkkili olub.