adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Oktyabr 2016 10:34
6693
DÜNYA

Rusiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib

Rusiya Şərqi Hərbi Dairəsinin Kuril adalarındakı qoşunlarının döyüş hazırlığı səviyyəsinin yoxlanılmasına başlanılıb.

Adalet.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dairənin mətbuat xidmətinin rəisi polkovnik Aleksandr Qordeyev bildirib.

"Dairə qərargahının komissiyası Şərqi Hərbi Dairəsinin Kuril adalarında yerləşən hərbi hissələrinin yoxlanışına başlayıb. Yoxlama çərçivəsində adalardakı hərbi hissələr yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib”, - deyə Qordeyev bildirib.

Təlimlər planına əsasən, "Qrad” reaktiv yaylım sistemlərindən dəniz hədəflərinə döyüş atışlarının həyata keçirilməsi və "Orlan” tipli pilotsuz uçan aparatlardan istifadə edilməsi nəzərdə tutulub.