adalet.az header logo
  • Bakı -°C
17 Fevral 2026 13:11
100
DÜNYA
A- A+

Rusiya Odessada NATO generallarının olduğu obyekti vurub?

Odessanın hərbi və enerji infrastrukturuna edilən bir sıra intensiv zərbələrdən sonra bir sıra Rusiya mənbələri "gizli" və ya "yüksək məxfilik dərəcəsinə malik" bir obyektin məhv edildiyini açıqlayıb. 

Adalet.az Rusiya KİV-ə istinadən xəbər verir ki,  söhbət Odessada NATO generallarının yerləşdiyi yüksək məxfi obyektdən gedir. 

Lakin bu barədə rəsmi mənbələrdən məlumat yoxdur. Hücumdan sonra şəhərdə mobil rabitədə fasilələr yaranıb. Yerli sakinlər  zərbələrdən sonra ərazinin müvəqqəti olaraq mühasirəyə alındığını bildiriblər. Onların sözlərinə görə, hadisə yerinə təcili yardım briqadaları və hava təcili yardım maşınları gəlib.

Bir sıra nəşrlər obyektdə olanlar arasında Fransa hərbçiləri də daxil olmaqla NATO zabitlərinin də ola biləcəyini irəli sürür.