adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
24 Aprel 2024 09:50
313
DÜNYA

Rusiya müdafiə nazirinin müavini rüşvət almaqda günahlandırılır

Rusiya Federasiyası müdafiə nazirinin müavini Timur İvanov, Federal Təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılıb. İvanov külli miqdarda  rüşvət almaqda günahlandırılır.

"Kommersant" qəzetinin yazdığına görə, İvanovu İstintaq Komitəsinin Mərkəzi istintaq aparatının müstəntiqləri qarşısına çıxarıblar. Bildirilir ki, müdafiə nazirinin müavini bu gecəni müvəqqəti saxlama kamerasında keçirməli olacaq. 

 Şoyqunun müavini bir milyon rubldan çox rüşvət almaqda ittiham edilir. İvanov güc strukturları heyyəti içərisində ən varlı adamlardan biri hesab olunur.  Forbesin məlumatlarına görə, təkcə 2018-ci il ərzində onun gəlirləri 13.6 milyon rubl olub. İvanovun ailəsinin gəlirləri isə, həmin il üçün 136,7 milyon rubl dəyərində qiymətləndirilib.

 Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bununla bağlı bildirib ki, İvanovun saxlanılması ilə bağlı prezident Putinə məlumat verilib, müdafiə naziri Sergey Şoyqu isə, müavininin həbsi ilə bağlı əvvəlcədən məlumatlandırılıb.

 Bidirilir ki, İstintaq elə bu gün İvanov barəsində həbs qəti imkan tədbiri qərarı çıxarılması üçün məhkəməyə müraciət edəcək.

 Rüstəm Hacıyev