Rusiya klubu “Qarabağ”ı keçdi
Avrokubokların 2018-ci il üçün ikinci oyun həftəsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Adalet.az xəbər verir ki, keçirilən 20 qarşılaşma son beş mövsümün nəticələrinə əsasən tərtib edilən cədvəldə müəyyən dəyişikliklərə səbəb olub.
Avropanın 442 komandasının yer aldığı siyahıdakı ən yaxşı Azərbaycan klubu olan "Qarabağ”ın da mövqeyi dəyişib. Ağdam təmsilçisi bir pillə geriləyib. İlk "yüzlük”dəki yeganə təmsilçimizi indiyədək şəriki olduğu Moskva "Lokomotiv”i keçib. Rusiya klubu bu nəticəyə dünən Fransanın "Nitsa” komandası üzərində qazandığı qələbə ilə nail olub.
Lakin təmsilçimiz bu mövqeyini də itirə bilər. Çünki üç İspaniya klubu "Qarabağ”ı izləməkdə davam edir. "Betis”, "Selta” və "Real Sosyedad” cəmi 0,101 xal geridədir.
Digər komandalarımızın mövqeləri dəyişməz qalıb.
İlk "onluq”
1. "Real” (İspaniya) – 150,000
2-3. "Barselona” (İspaniya) – 127,000
"Bayern” (Almaniya) – 127,000
4. "Atletiko” (İspaniya) – 126,000
5. "Yuventus” (İtaliya) – 121,000
6-7. PSJ (Fransa) – 109,000
"Sevilya” (İspaniya) – 109,000
8. "Mançester Siti” (İngiltərə) – 99,000
9. "Borusia” (Dortmund, Almaniya) – 88,000
10. "Portu” (Portuqaliya) – 85,000
70-72. "Qarabağ” (Azərbaycan) – 20,500
"Yanq Boyz” (İsveçrə) – 20,500
BATE (Belarus) – 20,500
Digər Azərbaycan klubları
191. "Qəbələ” – 5,250
244-256. "Neftçi” - 3,825
"Keşlə” - 3,825
"Zirə” - 3,825
"Kəpəz” - 3,825
"Xəzər Lənkəran” - 3,825
Digər Xəbərlər
01 May 2024 15:38
Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32"Modriçin varisi olacağımı dedilər" - Arda Gülər
30 Aprel 2024 14:00