Rusiya Federal Gömrük Xidmətinin rəis müavini saxlanılıb
Rusiya Federal Gömrük Xidmətinin rəis müavini, gömrük xidməti general-polkovniki Yelena Yaqodkina saxlanılıb.
Adalet.az xəbər verir ki, o, gömrük rüsumlarının hesablanması zamanı məhsul çeşidinin müəyyənləşdirilməsi məsələləri ilə bağlı bir sıra korrupsiya cinayətlərində şübhəli bilinir.
Yaqodkina gömrük və digər ödənişlərin yığılması və inzibatçılığı üzrə daimi komissiyanın iclası başa çatdıqdan dərhal sonra saxlanılıb. Onun ofisində axtarış aparılıb, sonra Yaqodkina dindirilmək üçün Rusiya İstintaq Komitəsinə aparılıb.
Qeyd edək ki, Yaqodkina Rusiya gömrük orqanlarının əsas fiqurlarından biridir və Rusiya təhlükəsizlik qüvvələrinin tarixində general-polkovnik rütbəsinə qədər yüksələn üçüncü qadındır.
Digər Xəbərlər
27 Aprel 2024 17:32
Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45Fenomen Bağdadda naməlum şəxslər tərəfindən güllələndi
27 Aprel 2024 16:01"Krokus" terror aktı ilə bağlı işdə iştirak edən şəxs həbs edildi
27 Aprel 2024 13:55