"Rusiya daha çox ballistik raketlərdən istifadə edir" - Zelenski
Rusiya hava zərbə qüvvəsini artırıb və daha çox ballistik raketlərdən istifadə etməyə başlayıb. Ukrayna üçün bu, daha çox hava hücumundan müdafiə sisteminə ehtiyac deməkdir.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.
Zelenski bildirib ki, təmir briqadaları, enerji mühəndisləri və kommunal xidmətlər hazırda əksər bölgələrdə faktiki olaraq gecə-gündüz işləyir.
Çətin vəziyyətə baxmayaraq, minlərlə insan sistemin sabitləşdirilməsi və zərərin aradan qaldırılması ilə məşğul olmaqla bərpa işlərini davam etdirir.
Xatırladaq ki, 8 noyabr gecəsi Rusiya qüvvələri Ukraynaya çoxkombinasiyalı hava hücumu edib. Rusiya dronlardan və ballistik raketlərdən istifadə edib və əsas hədəf Ukraynanın enerji infrastrukturu olub.
Hücumlar nəticəsində Ukraynanın bir neçə bölgəsində təcili elektrik kəsintiləri tətbiq edilib.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

