adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Sentyabr 2019 14:20
28226
DÜNYA

Rusiya BMT-nin qərargahını ABŞ-dan köçürmək istəyir

Rusiya viza müharibəsisəbəbindən BMT-nin qərargahını ABŞ-dan köçürməyi təklif edə bilər. TASS-ın verdiyi xəbərə görə, belə bir bəyanatlaRusiya prezidentinin informasiya təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıqməsələləri üzrə xüsusi nümayəndəsi Andrey Krutskix çıxış edib.

Onun sözlərinə görə,Vaşinqton vaxtaşırı həm Rusiya nümayəndələrinə, həm də digər dövlətlərə vizaverməyərək BMT-də diplomatik prosesin normal işinə mane olur. "Onu da vurğulayım ki, ABŞ-a səfər etməyimizi istəmirik,biz BMT-yə gedirik" - deyə Krutskix qeyd edib. Məhz buna görə də belə davam edərsə, Rusiya ən azı mühüm beynəlxalq danışıqlara görə ABŞ-dan köçürülmə məsələsini qaldırmağahazırdır.

Sentyabrın 4-də Amerika səfirliyi öz saytında Rusiya hökumətininviza proseduruna məhdudiyyətlər tətbiq etdiyini yazıb. Məlumatda o da bildirilirki, «Vaşinqtondakı Rusiya səfirliyininyeni konsulluq əməkdaşlarına viza vermək istəməməsi işi çətin vəziyyət salır».

Onu da xatırladaq ki, iyulunortalarında Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Vaşinqtonun Rusiyayaqarşı viza müharibəsi başladığını söyləmişdi. Onun sözlərinə görə, diplomatlaraqarşı başladılan viza müharibəsi inzibati və texniki heyətə də öz təsirini edib.

MEHRİBAN