adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Iyun 2020 15:11
26731
SİYASƏT

Rusiya – Belarus ziddiyyətləri pik həddə çatır

Avqustun 9-da Belarusdanövbəti prezident seçkiləri keçiriləcək. Bu, müstəqilliyə qovuşduqdan sonra ölkədə keçirilən sayca 6-cıprezident seçkiləridir. Bundan əvvəlki bütün seçkiləri udan hazırkı ölkəbaşçısı Aleksandr Lukaşenko, hələ ki, Belarusun lik və yeganə prezidentidir, yəni,bu yüksək postda onun nə sələfi, nə də xələfi var. Rekord təkcə bununla bitmir,Lukaşenko həm də postsovet respublikalarının ən uzunömürlü prezidenti titulununsahibidir – düz 26 ildir bu kürsüdə əyləşirvə hazırkı seçki marafonunun gedişi də göstərir ki, hələ növbəti beş ildə dəonu kiməsə təhvil vermək niyyətində deyil. O, prosesin lap başlanğıcında seçkilərinavqustun 30-da, yəni özünün ad günündə keçirilməsiylə bağlı yan-yörəsininisrarlı təkidlərini rədd etməklə "özünə xas olmayan demokratiya nümunəsi” göstərdi.Lakin hadisələrin sonrakı axarına tab gətirməyə hövsələsi çatmadığı üçündemokratiyanın ən kövrək cücərtilərinin belə üstündən xətt çəkərək özampluasına qayıtmağa məcbur oldu.

Seçkinin start fitiniözünəməxsus əsəbi, emosional çıxışıyla müşayiət edən prezident ölkə daxilindəkivə xaricindəki əleyhdarlarına sərt mesaj ünvanladı: "Qoy, ölkəni çalxalamaq istəyənqüvvələr qulaqlarını açıb eşitsinlər, heç bir maydan-filan olmayacaq”. Təcrübəlidiktatorun bu demarşı sonrakı çıxışlarında açıq hədə-qorxu ritorikasına keçdi:"Mən bu ölkənin müstəqilliyi üçün çox əziyyət çəkmişəm və indi bir kimsəninbuna qəsd edəcəyinə yol verməyəcəyəm”. Halbuki, bir vaxtlar, konkret desək,Yeltsin Rusiyasının son dövrlərində bu müstəqilliyi böyük Rusiyanın prezidentiolmaq ambisiyasına qurban verməkdən ötrü çox canfəşanlıq eləmişdi.

Lukaşenkonu digər avtoritar liderlərdən fərqləndirənən mühüm keyfiyyətlərdən biri düşündüklərini olduğu kimi söyləməsidir. O birçoxlarından fərqli olaraq, heç vaxt öz fikirlərini nəinki demokratiya bələyinəbürümür, hətta demokratik idarəçiliyin əleyhinə olduğunu açıq-aşkar söyləməkdənbelə çəkinmir, beynindəkiləri yasalamır.

Batkanın qonşuUkraynanın hesabına artıq siyasi terminə çevrilmiş "maydan” kəlməsini dilə gətirməsidə təsadüfi deyil. Görünür, bu seçkilər vaxtı ölkəni qarışdırmaq və Ukraynasenarisi üzrə hakimiyyət dəyişikliyini gerçəkləşdirmək üçün xarici ölkələrinbirində çiddi hazırlıqlar getdiyi barədəonun dəqiq informasiyası var. Məlumdur ki, "maydan” kəlməsi siyasitermin kimi terminologiya lüğətinin "məxməri inqilablar” qrafasında yer alıb,"məxməri inqilab” isə Qərb siyasi dairələrinin "demokratiya ixracı” projesikimi meydana çıxmış istilahdır. Ancaq Lukaşenkonun bu barədəki qəzəbliçıxışları vaxtı üzünü Qərbə yox, Şimala tutması ciddi suallar yaradır. Çinkicızığından çıxanların "məxməri yolla” ram edilməsi Rusiyanın siyasi üslubunaxarakterik hal deyil, onun bu tipli məsələlərə heç kimə sirr olmayan öz xüsusiyanaşması var ki, bunu anlamaq üçün tarixin dərinliklərinə baş vurmaq lazımdeyil, elə günümüzün Ukrayna və Suriya nümunəsini göz önünə gətirmək kifayətdir.

Lukaşenkonu təşvişəsalan, onu bir az aşağıda da görəcəyimiz kimi seçki prosesinin ilk mərhələsindəçox sərt tədbirlər görməyə vadar edən ən başlıca amil odur ki, o bu seçkilərəsiyasi karyerasının ən çətin dövründə, reytinqinin sıfıra yaxınlaşdığı bir məqamdaqatılır. Əlbəttə, batkanın əvvəlki seçkilərin də çoxunu reytinq hesabınaudmaması heç kimə sirr deyil. Ancaq daha çox dövlət resursları hesabına təminedilən həmin qələbələrin heç birində onun reytinqi 1 faiz olmayıb. Bir faizlikreytinq isə çox ciddi faktır, bəzən ən sərt tədbirlər də, ən sədaqətli məmurlarordusu da həmin rəqəmi 50­+1-ə qaldıra bilmir. Hələ orasını demirik ki, 50+1-inözü onun psixoloji olaraq həzm edə bilməyəcəyi rəqəmdir.

Düzdür, o artıq seçkikomissiyasına 1,5 milyon imza təqdim edərək ən yaxın rəqibini 1 milyondan daçox qabaqlayıb. Amma imzatoplama seçkinin ilk mərhələlərindən biridir, əsas mərhələtəbliğat-təşviqat, ölüm-dirim mərhələsi isə seçki bitən gündən sonra başlayır.Lukaşenkonun son günlər atdığı bir sıra addımlar göstərir ki, o özü də bunun fərqindədirvə ona görə də prosesin şişib əndazədən çıxaraq arzuolunmaz məcraya yönəlməsinədözmək fikrində deyil, necə deyərlər, onu elə beşikdəcə boğmaqda qərarlıdır.

Belarusdakı bu seçkiləriəvvəlkilərdən fərqləndirən başqa bir məqam isə odur ki, indi onun əsas rəqibiölkənin demokratik müxalifətinin təmsilçiləri deyil, Rusiyaya bağlıoliqarxlardır. Ancaq hakimiyyətin taleyindən söhbət getdiyi anlarda ən xırdadetalı belə nəzərdən qaçırmamaq vərdişinə görə demokratik düşərgədəki opponentlərinidə unutmur. Odur ki, rəqiblərə fiziki təzyiqlər serialı da ilk olaraq məhz həmindüşərgədən başladı. İmzatoplama kampaniysı başlayar-başlamaz Qrodnıda SvetlanaTixanovskayanın təşəbbüs qrupunun üzvüləri təxribata çəkildi, onun əri də daxilolaraq seçki qərargahının bir sıra üzvləri həbs edildi. Doğrudur, SvetlanaTixanovckaya heç bir partiyanı təmsil eləmir, namizədliyini müstəqil şəkildə irəlisürüb. Amma namizədin arxasında hansısa siyasi qüvvənin durması əsas şərtlərdənbiri olsa da, hamısı deyil. Əsas şərt reytinq məsələsidir ki, xanımTixanovskaya bir çox sorğu cədvəllərində inamla ikinci yerini qoruyub saxlayır.

Bundan bir neçə günsonra, konkret desək, mayın 30-da isə bütün ölkə boyu siyasi fəalların, blogervə siyasətçilərin həbsi başladı. Amma nə Tixonovskayaya, nə də fəallara hücum hələson məqsəd deyildi, bunlar hamısı əsas rəqiblə haqq-hesab çürütməyə başlamaqüçün keçirilən məşqlər idi.

Bu kampaniyanın bir özəlliyidə odur ki, Lukaşenko ilk dəfədir seçkilərəQərblə yox, Rusiya ilə konfrontasiya şəraitində gedir. Dəfələrlə onu devirmək cəhdləriuğursuzluğa uğrayan Qərb, son vaxtlar Belarusun Rusiya ilə korlanmış münasibətlərifonunda onunla fəal şəkildə işləmək, Belarusu elə Lukaşenkoyla birlikdə öz tərəfinəçəkmək taktikasını seçib. İndi onu Rusiya devirmək istəyir və nədənsə, hələlik,dövriyyəyə öz ənənəvi üsullarını yox, "məxməri inqilab” versiyasını buraxıb.Rusiyanın bu seçkilərdəki namizədi "Belqazprombank”-ın başçısı ViktorBabarikodur. 1990-cı ildən fəaliyyət göstərən bankın nizamnamə kapitalının 49faizi Rusiyanın "Qazprom” şirkətinə məxsusdur. "Qazprom” isə Rusiyada sıradanbir biznes strukturu deyil, həm də ağır siyasi çəkiyə malik bir qurumdur. Bugün hansı ölkədə, hansı sahədə aktiv rus siyasəti varsa, orda "Qazprom” da var.

Babariko 40-50 faizarası reytinqiylə prezidentlik yarışında iştirak edən siyasətçilərin müxtəlif səpgilinüfuz cədvəllərinə başçılıq edir. Seçkidə iştirak etmək üçün vəzifəsindənistefa verməsinə baxmayaraq onun bu kampaniyadakı həm iqtisadi, həm də siyasidayağı, necə deyərlər, partiyası məhz çoxsaylı şəxsi heyəti və zəngin maliyyəimkanlarıyla həmin bu "Belqazprombank”dır (oxu: "Qazprom”dur). Nəzərə alsaq ki,yuxarıdakı rəqəmlər hələ təbliğat və təşviqatdan əvvəlki mərhələnin reytinqinigöstərir, üstəlik, namizədən əli Belarusdakı proseslərə hərtərəfli təsirmexanizmləri olan çox güclü xarici qüvvənin ətəyindədir, onda bir faiz reytinqəmalik prezidentin əndişəsini başa düşmək olar. Başa düşmək olar ki,o niyə problemi elə indi, hər şeyin nəzarətdənçıxmağını gözləmədən isti-isti həll eləmək istəyir.

İyunun 11-də BelarusMaliyyə Departamentinin əməkdaşları "Belqazprombank”ın və onun tərəfdaşı olanbir neçə iri bank və sığorta şirkətlərinin ofislərinə təşrif buyurur və bir neçəsaatlıq yoxlamadan sonra artıq S. Babarikoya qarşı cinayət məcəlləsinin ikimaddəsi ilə ittiham irəli sürməyə əsas verən "dəlillər” tapırlar. Bir gün sonracinayət işinin materiallarına "Belqazprom”un şəxsi kolleksiyasına aid dəyəri 20milyon dollar olan 150 rəsm əsəri əlavə edilir. Xatırladaq ki, "Paris məktəbi”nintəmsilçiləri olan Belarus əsilli rəssamlara aid həmin rəsm əsərlərini bankxaricdə keçirilən hərraclardan alaraq ölkəyə gətirib. İyunun 16-da bankın 15 əməkdaşıhəbs olunur. Bir gün sonra Babarikonun həmin bankda açılmış seçki hesabıdondurulur və bununla da seçki qərargahının işi iflic edilir. İyunun 18-də, yəniimzatoplama kampaniyasının sonuncu günü Babariko oğluyla birlikdə sonuncu imzavərəqələrini təhvil vermək üçün MSK-ya yollanır və bir daha geri qayıtmırlar.Hazırda Belarus DTK-nın istintaq təcridxanasında onların ikisindən savayı daha4 nəfər silahdaşı saxlanılır və bu rəqəmin hər keçən gün daha sürətləartacağını ehtimal eləmək üçün o qədər də uzaqgörən olmağa ehtiyac yoxdur. Üstəlik,ittihamlar da gün-gündən yenilənir və maliyyə fırıldaqları "dövlətin təhlükəsizliyinəqəsd” formullu qorxunc maddələrlə "zənginləşir”. Söhbət artıq 15 illik həbs cəzasınıözündə ehtiva edən ağır cinayətlərdən gedir.

Belarus rəsmiləri hələseçki marafonunun başlanğıcında Rusiyaynı seçkilərə müdaxilədə ittihaham eləməyəbaşlamışdılar. Həmin vaxt onların iddialarını əsasən "Qazprom”danyalanlayırdılar. İndisə, yəni ittihamların həm sayı, həm də sambalı artaığından"yalanlama estafeti” Kremlə ötürülüb. Hələlik, Peskov səviyyəsində. Daha yüksəksəviyyədə təkziblər olacaqmı? Bunu hadisələrin sonrakı gedişi göstərəcək. Üstəlik, nəzərə almaq lazımdır ki, həbslər çox vaxtprosesi cilovlamır, əksinə onun daha tez məcrasından çıxmasına yardımçı olur.Odur ki, daha maraqlı gəlişmələrin bundan sonra baş verəcəyini də istisna eləməkolmaz.

M. Məmmədov