adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Mart 2019 15:25
16786
DÜNYA

RUS DİPLOMATI CASUSLUQDA GÜNAHLANDIRILIR

İsveçrəXarici İşlər Nazirliyi Rusiyanın bu ölkədəkisəfiri Viktor Tatarinsevi nazirliyə çağıraraq xüsusi xidmət orqanlarına xidmət etdiyinəgörə, səfirliyin diplomatlarından birinitəcili ölkəni tərk etməsini tələb ediblər.

Tatarinsevinnazirliyə çağırılmasını İsveçrə XİN-in nümayəndəsi Patrik Nilsson təsdiq edib. Lakin o, görüşdə müzakirə olunanməsələlər barədə açıqlama verməyib. RİA-Novostininməlumatına görə, rus diplomatını fevral ayındakrallığa yaxın olan bir nəfərin həbsiilə bağlı, ondan əldə etdiyi məlumatları Moskvadakı xüsusi xidmət orqanlarına çatdırmaqda günahlandırırlar.

Həbsolunan İsveçrə vətəndaşının yüksək texnologiya sahəsində çalışdığı bildirilir. O, irəli sürülən ittihamları qəbul etməsə də, Xarici İşlər Nazirliyi onun 47 yaşlı rus diplomatıilə görüşdüyünü bildirib.

İsveçrəKİV-ləri Rusiya səfirliyinin casusluqda günahlandırılandiplomatının artıq ölkəni tərk etməsini bildirsə də, sonradan məlum olub ki, o hələdə İsveçrə ərazisindədi.

«Reuters»inməlumatında bildirilir ki, hələ 2015-ci ildə İsveçrə əkskəşfiyyatının baş analitikiVilhelm Unqe bəyan etmişdi ki, Rusiya səfirliyində çalışan diplomatların əksəriyyəticasusdular.

Ondanbir il sonra İsveçrənin Dövlət Təhlükəsizlik Xidməti ona yaxın casusun Rusiya səfirliyindəçalışdığını bildirmişdi. Bundan başqa, təhlükəsizlik xidmətinin rəsmi məruzəsindəqeyd olunur ki, diplomatlardan başqa biznesvə aviaşirkətlərdə çalışan bir çox əməkdaşlar da Rusiya xüsusi xidmət orqanlarınaişləyirlər. Təhlükəsizlik xidməti rus casuslarını İsveçrə dövləti üçün əsas təhlükəhesab edir. Bundan başqa, İran və Çin təhlükəsizlik xidmətlərinə işləyən casusların varlığı da təhlükəsizlik baxımından az əhəmiyyət kəsb etmədiyi xüsusi vurğulanır.

MEHRİBAN