Rumıniyada fövqəladə vəziyyət tətbiq olunacaq
Rumıniyada martın 16-dan fövqəladə vəziyyət tətbiq olunacaq.
Trend-in məlumatına görə, bu barədə ölkə Prezidenti Klaus Yohannis bildirib.
"Yeni hökumətin ilk prioriteti koronavirus epidemiyasına qarşı mübarizənin davamıdır. İndi var gücümüzlə bu mübarizəni davam etdirəcəyik. Qəbul ediləcək tədbirlərin vaxtında və səmərəli olması bu mübarizə üçün çox vacibdir. Mən, gələn həftənin əvvəlindən fövqəladə vəziyyət elan etməyə qərar verdim", - deyə Yohannis deyib.
Prezidentin müşaviri onu da bildirdi ki, koronavirusla bağlı müayinədən keçmiş kabinetin bütün üzvlərinin analizlərinin nəticələri mənfi olub. Son məlumatlara görə, Rumıniyada yeni növ koronavirusa yoluxmuş şəxslərin sayı 109-a çatıb.
Digər Xəbərlər
27 Aprel 2024 17:49
Peskov: “Bakı və İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq”
27 Aprel 2024 17:32Fidan Səudiyyəyə gedir: Fələstin dövlətinin tanınması...
27 Aprel 2024 17:30Meral Akşener bu sözlərə İYİ partiyanı tərk etdi
27 Aprel 2024 16:45Fenomen Bağdadda naməlum şəxslər tərəfindən güllələndi
27 Aprel 2024 16:01