Rumıniya Prezidenti sabah Azərbaycana səfər edəcək
Rumıniya Prezidenti Klaus Yohannis 2-3 fevral tarixlərində Azərbaycana səfər edəcək.
Adalet.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbə məlumat verib.
“Rumıniya Prezidenti Klaus Yohannis Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 fevral 2023-cü il tarixlərində Azərbaycana rəsmi səfər edəcək”, - deyə mənbə bildirib.
Ətraflı
Səfər çərçivəsində Əliyev və Yohannis arasında aparılacaq danışıqlar zamanı energetika, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi müzakirə olunacaq.
Dövlət başçıları, həmçinin Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi kimi regional layihələrin həyata keçirilməsini müzakirə edəcək və rəqəmsal sahədə belə layihələrə start verilməsi məsələsini nəzərdən keçirəcəklər.
Bundan başqa, K.Yohannis fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak edəcək.
Digər Xəbərlər
24 Dekabr 2025 13:16
Vuçiç İlham Əliyevi təbrik etdi
24 Dekabr 2025 12:23
Xəyanət cəzasız qalmayacaq
24 Dekabr 2025 12:22
Putin İlham Əliyevə zəng etdi - YENİLƏNİB
24 Dekabr 2025 12:22
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
24 Dekabr 2025 12:01
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
24 Dekabr 2025 10:44
AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib
23 Dekabr 2025 17:45
Cevdet Yılmaz Sahibə Qafarova ilə regional prosesləri müzakirə edib - YENİLƏNİB
23 Dekabr 2025 17:28


Bakı -°C

