Rövşən Rzayev vətəndaşları qəbul etdi - FOTOLAR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların qəbulu keçirilib.Prezident İlham Əliyev sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların, o cümlədən məcburi köçkünlərin müraciətlərinə diqqət və həssaslıq göstərilməsini bütün dövlət qurumlarının mühüm və təxirəsalınmaz vəzifəsi kimi müəyyənləşdirib. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanların təhsil, sağlamlıq və digər humanitar problemlərinin həllinə xüsusi qayğı göstərdiyi diqqətə çatdırılıb.
Adalet.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşları fərdi qaydada qəbul edib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. 30 ilə yaxın işğal altında saxlanılan rayonlar tamamilə məhv edilib, şəhərlər, kəndlər yenidən qurulur. Məcburi köçkünlər üçün yaşayış sahələri də işğaldan azad edilmiş ərazilərdə inşa olunur və qarşıdakı illərdə bu sahədə işlər daha sürətləndiriləcəkdir. İlk növbədə ağır şəraitdə yaşayan ailələr olmaqla, məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunacaq.
Qəbulda vətəndaşların müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınaraq rəsmiləşdirilib. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Digər Xəbərlər
12 Sentyabr 2026 16:23
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış oldular - FOTOLAR
12 Sentyabr 2026 12:35
Bakıda təmizlik və abadlıq işləri həyata keçirildi - FOTOLAR
12 Sentyabr 2026 11:31
"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir
12 Sentyabr 2026 10:07


Bakı -°C

