Ronaldodan növbəti rekord
"Real"ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, klublararası dünya çempionatı tarixinin ən yaxşı bombardiri olub. Portuqaliyalı hücumçu sözügedən turnirin yarımfinalında dünən keçirilən "Əl-Cazira"ya qarşı matçda fərqlənərək klublararası dünya çempionatında vurduğu qolların sayını 6-ya yüksəldib.
Bununla da Ronaldo Lionel Messi, Luis Suares, Sesar Delqadonu (5 qol) geridə qoyaraq ən yaxşı bombardir olub.
Qeyd edək ki, "Əl-Cazira" - "Real" matçı Madrid klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər Xəbərlər
03 May 2024 09:57
Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32