Ronaldodan ÇL-də yeni rekord
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında yeni rekorda imza atıb.
Adalet.az xəbər verir ki, 36 yaşlı hücumçu buna ötən gecə turnirin qrup mərhələsinin 3-cü turunda "Atalanta" ilə görüşdə (3:2) nail olub. O, rəqib qapısına yol tapmaqla Çempionlar Liqasında 38 müxtəlif komandaya qol vurmağı bacarıb. Bununla da portuqaliyalı oyunçu bu göstəricidə yeni rekord müəyyənləşdirib.
Qeyd edək ki, 3-cü turda PSJ-nin futbolçusu Lionel Messi "Leyptsiq"lə matçda fərqlənərək ÇL-də qol vurduğu komandaların sayını 37-yə çatdırmışdı.
Digər Xəbərlər
29 Aprel 2024 20:44