Ronaldo üçün 200 milyon avro
Çin klublarından biri Kriştiano Ronaldo üçün "Real"a 200 milyon avroluq təklif etməyə hazırlaşır.
Adalet.az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, adı açıqlanmayan klub nümayəndələri gələn həftə Madrid təmsilçisinin prezidenti Florentino Pereslə görüşəcəklər.
Bundan başqa, Çin klubu portuqaliyalı hücumçuya ilinə 120 milyon avro qazanacağı müqavilə təklif edəcək.
Xatırladaqki, K.Ronaldo ilə PSJ, "Monako", "Mançester Yunayted"in maraqlandığı iddia edilir.
Digər Xəbərlər
29 Aprel 2024 20:44