adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Yanvar 2017 21:04
6783
DÜNYA

Roma Papası İstanbul terrorundan danışdı

Roma Papası Fransisk Türkiyənin İstanbul şəhərində baş verən terror olayını kəskin qınayıb.

Adalet.az xəbər verir ki, Papa Vatikanda Aziz Petrus Meydanında çıxışı zamanı olayla bağlı dərin təəssüf hissi keçirdiyini bildirib.

"Xoş arzular və ümid gecəsi olan yeni il ərəfəsində belə hücumdan dolayı dərindən kədərləndik. Dualarım həyatını itirənlər, onların ailələri, yaxınları və bütün Türkiyə xalqıyladır”, - Fransisk bildirib.