adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Sentyabr 2016 16:02
5618
SİYASƏT

Roma Papası Gürcüstana gedib

Bu gün Roma Papası Frensisk Gürcüstana gəlib.

Adalet.az-ın APA-ya istinadən məlumatına görə, Roma Papasınının Gürcüstan prezidentiGeorgi Marqvelaşvili, hökumət nümayəndələri, həmçinin diplomatik korpus rəhbərləri və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşləri planlaşdırılıb.Roma Papasının Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya ilə də görüşü gözlənilir.Sabah Roma Papasının Tiflisdəki Mixail Mesxi adına stadionda əhali ilə görüşü də planlaşdırılıb.Roma Papasının Gürcüstana səfəri oktyabrın 2-də başa çatacaq. Həmin gün Azərbaycana səfər edəcək.