Roma derbisində dramatik sonluq
İtaliya A seriyasında 34-cü turun mərkəzi oyunu Roma derbisi olub. "Latsio" səfərdə "Roma"nı 3:1 hesabı ilə məğlub edib.
Adalet.az xəbər verir ki, qalib komandanın heyətində Balde Keyta (12 və 85-ci dəqiqələrdə) və Duşan Basta (50) fərqlənib.
"Roma"nın təsəlli qolunu Daniele de Rossi 45-ci dəqiqədə penaltidən vurub. 90-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Antonio Rüdiqer qırmızı vərəqə alıb.
"Roma" çempionatın sonuna 4 tur qalmış 75 xal ilə 2-ci pillədə qərarlaşıb və lider "Yuventus"dan 9 xal geridə qalır. "Latsio" 67 xal ilə 4-cü yerdə qərarlaşıb.
Digər Xəbərlər
03 May 2024 23:04
UEFA-dan AVRO-2024 il bağlı mühüm dəyişiklik
03 May 2024 22:52Arda Güler komanda yoldaşlarından şikayətlənib - VİDEO
03 May 2024 22:06Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 21:47"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirildi
03 May 2024 16:37