Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı
2015/2016-cı tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan 28 plan yerinin müsabiqəsində iştirak etmək üçün 39 namizəd ərizə ilə müraciət edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqə nəticəsində 14 namizəd rezidentura səviyyəsinə qəbul olub.
Avqustun 3-dən 4-dək Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş şəxslər Səhiyyə Nazirliyində, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və adı qəbul olunanlar siyahısından çıxarılacaq.
Digər Xəbərlər
06 May 2024 09:37
Şahdağ və Gədəbəyə qar yağıb - FAKTİKİ HAVA
05 May 2024 17:29Bakıda güclü külək əsəcək, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
02 May 2024 17:40Norveçli səyahətçilər Ağdamda olublar - YENİLƏNİB
02 May 2024 13:40Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi açıqlandı
02 May 2024 10:13