Revanşist "liderlər"in çağırışları:"Şuşa Tanrının ermənilərə bəxşişidir, savaşa girməliyik"
Baxmayaraq ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan və onu himayə edən, dəstək verən silahlandıran ölkələr Azərbaycanın Ordusunun qarşısından qaçaraq dəfələrlə məğlunb olublar Amma yenə də ağılları başlarına gəlməyib.
Adalet.az xəbər verir ki, revanşist ermənilər, müharibələrdən, ölüm və itkilərdən bezmiş erməniləri növbəti müharibəyə hazırlaşdırmağa çalışmaqdan usanmır. O , revanşist, separatçı və quldurlardan biri olan Ermənistan Respublikası müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan bu unla bağlı açıqlama verib.
“1994-cü il mayın 12-i idi. Dostlarımla vəftiz olunduğumuz gün biz Qazançetsots (Qazançı kilsəsi-XIX əsrin ortalarında Şuşa şəhərində rus əsgərlərinin ibadətlərinin və digər bəzi dini vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ictimai bina, məbəd olub. Çünki həmin dövrdə Culfanın Qazançı kənidindən köçürülən ermənilər istisna olunarsa Şuşada bir nəfərdə olsun erməni yaşamırdı.red-Ə.R)Müqəddəs Xilaskar Kilsəsini tərk etdik və həyətə toplaşan insanların sevincini gördük. müharibə xalqımızın qələbəsi ilə başa çatdı. Çoxdan gözlənilən böyük atəşkəs və nisbi sülh bərqərar oldu.
Şuşa 1920-ci ilə qədər ermənilərin olaraq qaldı Sonradan türklər orada yaşayıblar. Şuşada hər zaman erməni ruhu, erməni dadı və qoxusu, erməni nəfəsi hökm sürürdü.Türklər nə qədər Şuşada yaxud Qarabağın hər hansı başqa yaşayış məntəqəsində yaşasalar da, ermənilərin olmaqdan əl çəkməyəcək. Allah belə istədi.
O rahat torpaq parçası Ulu Tanrının erməni xalqına bəxş etdiyi bəxşişdir. Biz millətimizin günahını anlayıb haqq yola çevirəndə əminəm ki, Allah onu əvvəlki kimi öz xalqına qaytaracaq.
Neçə illər keçsə də Artsaxın nəfəsi, enerjisi, erməni izi, ruhu itməyəcək. Problem zamanla, Allaha imanımız və birliyimizdədir”.
Artak Zakaryanın sayıqlamasından sonra keçmiş XİN başçısı Vardan Oskanyan Qarabağla bağlı fikirləri də diqqətimizi çəkdi . Oskanyan israrla qeyd edir ki, qurban obrazından çıxıb savaşa girməliyik..."
Adamın bu yazıq və ağılsız insanlara yazığı gəlir. Savaşa dəfələrlə girdiniz, ağzınız –üzünüz partladı, meydiniz meydanda qaldı, Yerdən qaldıranınızda olmadı.. Abrınız ismətiniz olsun demirəm, zatən sizdə elə şeylər olmaz, amma bir az çəkinin... Çəkinmirsinizsə, gəlin girin savaşa...
Bu dəfə meyidinizi meydanda çürüyəcək ...
Əntiqə Rəşid
Digər Xəbərlər
17 Sentyabr 2026 17:17
Prezidentdən Famil Mustafayevlə bağlı SƏRƏNCAM
17 Sentyabr 2026 17:02
Prezidentlə xanımı Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR + YENİLƏNİB
17 Sentyabr 2026 16:59
"Azərbaycan media təxribatlarına qarşı böyük uğurlar əldə edib" - Prezident
17 Sentyabr 2026 16:58
İlham Əliyev və birinci xanım "Pirqulu Park" hotelinin açılışında - YENİLƏNİB
17 Sentyabr 2026 15:45
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 15:24
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
17 Sentyabr 2026 13:58
Aqil ABBAS: BİZİM ZİYARƏTÇİLƏRİ DƏDƏVƏNGƏ NİYƏ BURAXMIRLAR?
17 Sentyabr 2026 13:16


Bakı -°C

