adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Aprel 2024 13:36
537
GÜNDƏM

Revanşist ermənilərlə mina təmizləyən ermənilər arasında əlbəyaxa dava- VİDEO

Artıq 10 günə yaxındır ki, ermənilərin Voskepar adlandırdığı Aşağı Əskipara kəndində gərgin vəziyyət hökm sürür.


Adalet.az xəbər verir ki, buna səbəb isə erməni istehkamçıları Aşağı Əskipara kəndində (Voskepar) Müqəddəs Məryəm kilsəsi ilə bitişik ərazilərdə sərhədləri daha da dəqiqləşdirmək məqsədilə minalardan təmizləmə işlərinə başlayıblar.
Azərbaycanla delimitasiya nəticəsində yeni sərhəd Ermənistan tərəfinin nəzarətində qalacaq kilsənin yaxınlığından keçəcək. Hazırda orada 20-25 istehkamçının işlədiyi bildirilir.
Əlbəttə ki bu hal erməni işğalçı təfəkkürünə ağır təsir bağışlayıb.

Erməni mediası qeyd edir ki, voskeparlılar artıq ikinci gündür ki, düşmənə xoş getsin deyə Ermənistan hakimiyyətinin mina təmizləmə işlərinin qarşısını almağa çalışırlar:"Vətəndaşlardan biri deyib ki, kəndi düşmənə vermək üçün minalardan təmizləyirlər.Türkün evinizə gəlməsini gözləyirsiniz? Siz əmrə əməl edirsiniz?”.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın qərarı ilə Azərbaycanla Ermənistan arasında delimitasiya və sərhəd təhlükəsizliyi komissiyaları tərkibində işçi qrup yaradılıb. Qrupa Tavuşun qubernatoru, yerli icmaların rəhbərləri, kənd sakinlərinin nümayəndələri daxil ediliblər.
Yəqin ki, bu işçi qrupunun yaradılmasının məqsədi Voskepar ərazisindəki qarşıdurmanı yumşaltmaqdır.

Əntiqə Rəşid