Rəsmi Bakıdan Niderland parlamentinə ÇAĞIRIŞ
"Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının qondarma "erməni soyqırımı” ilə əlaqədar qərarını qərəzli və qeyri-obyektiv hesab edirik. Saxtalaşdırılmış tarixi faktların qərəzli siyasi məqsədlər üçün istifadə edilməsi düzgün deyil".
Adalet.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan XIN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Ermənistan tərəfi çirkin siyasi məqsədlər güdərək arxivlərin açılması və qondarma "erməni soyqırımı”nın tarixçilər tərəfindən birgə araşdırılmasından imtina etməkdə davam edir:
"Çünki I Dünya müharibəsi dövründə ermənilər tərəfindən Anadolu, tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı və Qarabağda insanların etnik mənsubiyyətinə görə kütləvi qətli və digər vəhşi əməllər, o cümlədən 1918-ci ilin martında Bakıda və digər Azərbaycan şəhərlərində Azərbaycan xalqına qarşı soyqırım törədilib. 1980-ci illərin sonlarından başlayaraq Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğal nəticəsində çoxsaylı hərbi və insanlıq əleyhinə cinayət əməlləri və soyqırım aktları törədilib, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə bir milyondan artıq Azərbaycanlı qanlı etnik təmizləməyə məruz qoyulub.
Bunların içərisində ən dəhşətlisi isə 1992-ci ilin 26 fevral tarixində Ermənistanın indiki siyasi-hərbi rəhbərliyinin şəxsən iştirakı və komandanlığı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində törədilmiş Xocalı soyqırımıdır. Niderland Krallığı Nümayəndələr Palatasını ikili standartlardan kənar durmağa, ədalət və obyektivlik prinsiplərini rəhbər tutaraq, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu hadisəyə qiymət verməyə dəvət edirik".
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19