Rəqəmsal platformalarda reklam şərtləri müəyyən edilir

Reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam şərtləri müəyyənləşir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Reklam haqqında” qanuna təklif edilən yeni – 26-1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam yayımı “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi ilə müşayiət olunmalıdır. Rəqəmsal platforma təsirçisi tərəfindən reklamı həyata keçirilən əmtəənin təqdim edilməsi zamanı reklam materiallarını audio və ya vizual olaraq dəyişən tətbiqlərdən istifadə edildikdə bu barədə reklam istehlakçısı məlumatlandırılmalıdır.
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı reklamverici barədə aşağıdakı məlumatlar verilməlidir:
- hüquqi şəxsin adı, faktiki ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin soyadı, adı, atasının adı, fəaliyyət ünvanı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;
- əlaqə məlumatları (telefon və elektron poçt ünvanı).
Rəqəmsal platforma təsirçisi tərəfindən həyata keçirilən reklam fəaliyyəti zamanı aşağıdakılar qadağan edilir:
- özünün istehlak etmədiyi əmtəəni istehlak etməsi barədə yanlış təsəvvür yaratmaq;
- reklam daşıyıcısı olan rəqəmsal platforma vasitəsilə reklam olunan əmtəə barədə məlumat vermək üçün saxta hesablar yaratmaq.
Nəzərdə tutulmuş tələblər audiovizual media subyektlərinin reklam daşıyıcısı olan rəqəmsal platformalardakı reklam fəaliyyətlərinə aid edilmir.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Füzuli istiqamətində aviabiletlərin alışı qaydaları dəyişdi

Bu lampaların satışı qadağan edildi

Adambaşına 13.8 min manat bank borcu var - Vüqar Bayramov

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

Bu əmələ görə 1000 manat cərimə müəyyənləşir

Standartlaşdırma üzrə normativ sənədlərin yoxlanılmasının müddəti uzadılır

Kredit faizləri düşəcək? - Dövlət banklara 1 milyard dollar depozit yerləşdirib
