adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Yanvar 2017 15:16
8878
SİYASƏT

Rəqabət Məcəlləsinin qəbulu zamanın tələbinə çevrilib

Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dairStrateji Yol Xəritəsində qeyd olunub ki, 2017-2020-ci illərdə rəqabət mühitini gücləndirmək üçün qanunvericilik təkmilləşdiriləcək. Sənəddə nəticə indikatoru kimi, Rəqabət Məcəlləsinin qəbulu göstərilib. Bu sənədin qəbulu haqqında illərdir söhbət getsə də, ortada real nəticə yoxdur. Dövlət başçısı Rəqabət Məcəlləsini hələ 2006-cı ildə Milli Məclisə təqdim etmişdi. Həmin məcəllə o vaxtdan bəri "qəbul intizarını” çəkir. Milli Məclisdə iki oxunuşdan da keçən layihə sonradan parlamentin gündəliyindən çıxarıldı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində gedənmüzakirələrdə də Rəqabət Məcəlləsinin qəbul olunmaması ciddi narazılığa səbəbolub.Millət vəkili Vahid Əhmədov bu gün Azərbaycanınüzləşdiyi iqtisadi vəziyyətdən çıxışı və normal biznes mühitinin yaradılmasıməqsədi ilə komitənin yaz sessiyasına Rəqabət Məcəlləsinin salınmasınıtəklif edib: "Cənab prezidenti Strateji yol xəritəsini təsdiq edib vəburada rəqabıt məsələsi aydın göstərilir. 10 ildir biz bu qanunu qəbuledə bilmirik. Hanıs ki, 2006-cı ildə cənab prezident tərəfindən MilliMəclisə təqdim edilib. İndiyə qədər dəfələrlə məsələni qaldırsaq da. Hərdəfə bir bəhanə gətirilir ki, sənəd üzərində iş gedir. Bu nəqədər davam edəcək. Bu gün Azərbaycanda maraqlar baş alıb gedir. Yəni. Buqanunu niyə qəbul etmirlər?! Onda belə çıxır ki, biz prezidentin Stratejiyol xəritəsini qəbul etmirik?! Azərbaycanda yaranmış indiki vəziyyətdə MilliMəclisin günahı hamıdan çoxdur. Növbəti plenar iclasda bunudeyəcəyəm. Çünki biz cəmiyyyət üçün lazım olan qanunları qəbul etmirik.Kimlərinsə mənafeyini müdafiə etmək məcburtiyyətində qalırıq. Niyəgörə?! Strateji yol xəritəsi prezident tərəfindən qəbuledildiyindən xahiş edirəm ki, Rəqabət Məcəlləsi gündəliyə salınsın vəyaz sesisyı müddətində qəbul edilsin. Bundan əlavə olaraq "Mliyyənəzarəti haqqında” qanun da gündəliyə salınıb qəbul edilsin”- deyə, millətvəkili vurğulayıb”.

V.Əhmədov bildirdi ki, bu gün ölkədə bank sisteminin fəaliyyətinə birbaxın: " Bank sisteminə nəzarət məqasədi ilə Maliyyə Bazarlarına NəzarətPalatası yaradıldı. Bank sistemində vəziyyət necə idisə elə də qaldı. Nəsədəyişdi?! Zamnında bu təşkilat yaradılanda mən bu iclas salonunda dedimki, buna ehtiyac yoxdur. Bu indiki şəraitdə Azərbaycana heç nə verən deyil.indi Mərkəzi Bankla MNBP arasında mübahisəli məsələlər mövcuddur. Bizbank sistemini sağlamlaşdıra bilmirik. Bank sistemində ciddi problemləryaranıb. Əgər biz Strateji yol xəritəsinin həyata keçməsini istəyiriksə,o zaman bank sistemini bu yolla necə sağlamlaşdıracayıq?! Burada ciddiproblemlər var. Ona görə də xahiş edirəm "Maliyyə nəzarəti haqqında” qanunun daqəbul edilməsi kimlərəsə sərf etmir. Müəyyən qurumlarda maliyyə maxinasiyaalrıolduğundan bu qanunun qəbulu onlara sərf etmir. Odur ki, bir daha xahişedirəm təklif etdiyim qanunlar gündəliyə salınsın və müzakirəyəçıxarılsın”.

RəqabətMəcəlləsi ilə bağlı məsələyə aydınlıq gətirən komitə sədri Ziyad Səmədzadəbildirib ki, Milli Məclisə gəlməyən qanun layihəsini biz necəmüzakirə edə bilərik?! "Amma buna bxamayaraq, Rəqabət Məcəlləsinin qəbulu iləbağlı parlament rəhbərliyi, müvafiq dövlət qurumları ilə danışıqalr aaprmışamvə onlar da bu məsələnin üzərində işləyir. Qanun daxil olan kimi müzakirəolunacaq”.

V. Əhmədovisə buna cavab olaraq deyibi ki, bu gün ölkədə inhisarçılıq hökmsürür və nə qədər bu inhisarçılıq aradan qalxmayıb heç bir Strateji yolxəritəsi öz effektini verməyəcək. z.Səmədzadə V. Əhmədovun fikri ilə razıolduğunu dilə gətirərək bildirib ki, mən sizinlə tamamilə razıyam: "Ancaqhər şey də Milli Məclisdən asılı deyil. Parlamentə daxil olan qanun layihələrimüzakirə edilir”.

Onu da bildirək ki, məsələ ilə bağlı iqtisadçı ekspertlər özmövqelərini bildiriblər. Ekspertlər də hesab edir ki, bu məcəllənin qəbuluzamanın tələbidir. Ekspertlərin fikrincə, Dünya Ticarət Təşkilatına üzvlük bu durumu müsbət yöndə dəyişəcək. Üzvlüyün Azərbaycana əsas təsirlərindən biri - idxalın artmasından daxili bazardamal və xidmət təklif edənlərin sayının və nəticədə isə rəqabətin çoxalmasıdır. Ancaq rəqabətin artması hələ rəqabət mühitinin formalaşması mənasına gəlmir.

Ədil Ədilzadə