adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Oktyabr 2016 12:21
6789
MƏMLƏKƏT

“Rəhmətliyin oğlu, indiyə ana-bacı qalar?”

Bakıda yağış yağmasısürücülərin mədəniyyətini də üzə çıxarır. Yollarda kanalizasiya sisteminin normalişləməməsi gölməçələr yaratmaqla bərabər sürücülərin köməyi sayəsində səkilərədə təmas edir. Vay o piyadanın halına ki, həmin səkiyə pənah gətirsin. Qəfilyanından yağışa məhəl qoymadan sürətlə şütüyən avtomobilin üstünə səpələdiyi suartıq səni başdan yağa kimi isladacaq. Təəssüf ki, paytaxtda atomobil çoxolduğu üçün mədəniyyətsiz sürücülərin də sayı çoxdur. Belə bir əhvalat var. Güclüyağış yağan günlərdən birində bir piyada yolun kənarında dayanarkən avtomobil həminpiyadanın isladır. Bu zaman vicdanı əl verməyən sürücü bu hadisədən sonraavtomobilini saxlayıb düşür və yaxınlaşır həmin islatdığı şəxsin yanına ki, bəsqardaşımsan bağışla islatdım səni, dedim birdən arxamca ana-bacı söyüşü söyübedərsən. Piyada isə cavabında qayıdıb nə desə yaxşıdır: "Rəhmətliyin oğlu,indiyə ana-bacı qalar?”

Təbii ki,piyadanın da təhqirə yol verməsi normal hal deyil, o da bir mədəniyyət göstəricisidir.Lakin şəhərimizdə hələki 5 sürücüdən 1-i maşını pis idarə edirsə, digər 4-üyaxşı idarə edir. Gərək biri dördündən nümunə götürə.

Rüfət