Rəhman Məmmədli: “Qocalıq elə şeydir ki, onu əgər boynuna aldınsa...”
“Təbrikiniz üçün çox sağ olun. Altmış iki yaşım tamam oldu. Yavaş-yavaş o tərəfə yaxınlaşırıq. (Gülür) Vaxt çox sürətlə gedir, sanki həyatı sürətləndiriblər. İnsanın yaşa dolması təbiətin və Allahın qanunudur, bu belə də olmalıdır”
Bunu Adalet.az-a açıqlamasında altmış iki yaşını tamam edən, məşhur gitara ifaçısı Rəhman Məmmədli deyib. R.Məmmədli yaşa dolmasına baxmayaraq özünü qırx yaşında hiss etdiyini bildirib:
“Altmış iki yaşdakı ruhda deyiləm, elə bil 40-45 yaşdakı ruhdayam. Ümumiyyətlə, həyatda pessimist, neqativ fikirli adam olmamışam. Ona görə deyirəm ki, şükür Allaha. Qocalıq elə şeydir ki, onu əgər boynuna aldınsa, qocalmısan”.
Musiqiçi doğulduğu Füzuli rayonunun da erməni vandalları tərəfindən xaraba qoyulduğunu deyib:
“Mən Füzuli rayonunda doğulmuşam. Özüm qaçqınçılıq dövründən əvvəl Bakıya gəlmişəm, amma atam, anam, qardaşım orda yaşayırdı. İşğal zamanı bizim də evimizi ermənilər dağıdıblar. Ötən il evimizə baxmağa gedəndə o vəhşi tikanların əlindən bir metr qaldı ki, həyətimizə girəm. Elə kənardan baxıb müşahidə edəndə gördüm ki, evimizin yerində 20-30 daş qalıb. Elə bilirdim ki, ermənilər təkcə Ağdamı dağıdıb, amma Füzulini görəndə məəttəl qaldım. Dəhşət idi, o boyda şəhərdən əsər-əlamət qalmayıb”.
R.Məmmədli doğulduğu Füzuli rayonuna qayıdıb, orda yaşamaq arzusunda olduğunu deyib:
“Bəlkə də Füzulidə yaşamağa həvəslə gedən 10 nəfərdən biriyəm. Çünki bunu yaşım tələb edir. Mən 1983-cü ildən Bakı qeydiyyatındayam. Füzuliyə qayıtmaq üçün “Qaçqınkom”a da müraciət etdim və cavablarında bildirdilər ki, siz Bakı qeydiyyatındasınız. Amma nə olsun, mən yenə müraciətimi edəcəm, çünki orda doğulub boya-başa çatdığım ata evim var. İyirmi beş yaşıma kimi orda qeydiyyatda olmuşam. Atam və anam o iztirab və həsrətdən Bakıda dünyasını dəyişdi”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

