adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Aprel 2016 15:41
11766
MƏMLƏKƏT

Rəhimovlar ailəsinin sevinci

Təhsil sahəsində əldə edilən hər bir yüksək nəticəişıqlı sabahımızdan və gələcəyimizdən xəbər verir. Harda yaşamasından asılıolmayaraq millətimizin işıqlı sabahı haqqında düşünən həmvətənlərimizin xoşsorağını eşidəndə sevinməyə bilmirsən. Belə ailələrdən biri Rusiyanın Voronejşəhərində yaşayan Rəhimovlar ailəsidir. Tikinti mühəndisi olan Sahib bəy vəixtisasca filoloq Günay xanım işıqlı ocaqlarında iki övlad tərbiyə edirlər.Valideynlərinin diqqət və qayğısı ilə əhatə olunan balaca həmvətənlərimiz Aysu vəRəhim Rəhimovlar yaradıcılığa və elmin dərkinə xüsusi həvəs göstərirlər.Oxuduqları litsey-məktəbdə dərs əlaçısı və nümunəvi şagird kimi dəfələrlədiplom və Fəxri fərmanlarla təltif olunmuş, region və ölkə üzrə müxtəlif fənnolimpiadalarının fəxri yerlərini qazanmışlar. Bu günlərdə növbəti sevindiricixəbəri aldıq. "İNFOUROK” Beynəlxalq olimpiada komitəsinin ingilis dili üzrəkeçirdiyi "Мириады открытий» adlı I Beynəlxalq müsabiqədə Aysu Rəhimova (5sinif) Rusiya üzrə 6905 iştirakçı arasında Birinci yerin sahibi olmuşdur.Olimpiada təşkilatçılarının sözlərinə görə, Aysu layiqli rəqiblərlə yarışarkən,yalnız intellektual qabiliyyət deyil, dərin mühakimə və düşüncə, çətinliyi qətetmə və əla nəticə göstərmə keyfiyyətləri də göstərmişdir. QələbəsiniŞəhidlərimizin xatirəsinə həsr etdiyini deyən böyük ürək sahibi balaca qızımızıtəbrik edir, gələcək illərdə uğurları ilə Vətənimizin adını uca tutmasını arzuedirik. (Qeyd edək ki, Aysu həm də Nikitin adına rəsm məktəbinin 1-ci sinfindərəsm təhsili alır. Müharibə əleyhinə, böyük rus şairi Marşakın əsərlərinəçəkdiyi rəsmlər Beynəlxalq müsabiqələrdə iştirak edib. "Vivat-Dens” adlı müasirrəqs ansamblının üzvü olan Aysu və Rəhim müxtəlif beynəlxalq rəqsmüsabiqələrinin laureatlarıdırlar.)