adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Aprel 2017 13:53
6405
MƏMLƏKƏT

Regionlarda Gənc könüllü klubları yaradılıb

Azərbaycan Res­publikası Gənclər və İdmanNazirliyi tərəfindən qismən maliyyələş­dirilən "Bizim Nəsil” Gənclərin Regionalİnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən həyata keçirilən "Regionlarda "Gənckönüllülər klubu”nun yaradılması, gənclərin könüllü fəaliyyətə həvəs­ləndirilməsi– 3-cü mərhələ” adlı layihə icra edilib. Layihənin məqsədi region gəncləriarasında könül­lülüyün təşviq edilməsi və gücləndirilməsi, regionlardakönüllülük ide­yasının gənclər arasında təbliğ olunması, könüllülərinformalaşdırılmasını, icma-könüllü əməkdaşlığının qurulması olub.

Bu məqsədlə layihə çərçivəsində 12,13, 14, 15 aprel 2017 – ci il tarixində Göygöl rayonunda, 17, 18, 19, 20 aprel 2017 – ci il tarixində Ağstafa rayonunda, 24,25, 26, 27 aprel tarixində isə Şəmkir şəhərində "Könüllü məktəbi” adı altındamaarifləndirici təlimlər keçirilmişdir. Təlimlərə qeyd olunan regionlardan 300birbaşa, 2500 dolayı iştirakçı cəlb olunmuşdur. Gənclərin aktiv iştirkı ilə interaktiv formadakeçən təlimlərdə əsasən aşağıdakı mövzular əhatə olunub:

·Könüllülük nədir;

·Könüllülüyün prinsipləri və məqsədləri;

·Kim könüllü ola bilər;

·Könüllünün və təşkilatların hüquq və vəzifələri;

·Könüllülərin iştirakçılığı;

·Könüllülük: yerli və beynəlxalq təcrübə;

·Könüllülük sahəsində qanunvericilik;

·Könüllük sahəsində beynəlxalq gənclər proqramları və s.

Layihəçərçivəsində Göygöl, Ağsatafa və Şəmkirrayonlarında"Gənc könüllülər Klubu” yaradılmışdır. Qeyd edək ki, bu klublar davamlıfəaliyyət gös­tərəcək və regionlarda müxtəlif könüllülk təşəbbüslərində iştirakedəcəklər.

Layihə çərçivəsində iştirakçılaramüxtəlif çap məhsulları, o cümlədən "Könüllü fəaliyyət üçün bələdçi” adlıkitabça paylanılıb.