adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Oktyabr 2014 12:38
5178
MƏMLƏKƏT

Region gəncləri zərərli vərdişlərə qarşı maarifləndirildi

Yaşadığımızdövrdə bütün bəşəriyyəti düşündürən və narahat  edən ən ciddi problemlərdən biri də narkomaniyadır. BMT-nin hesablamalarına görədünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən bu və ya digərformada istifadə edir. Bu dünya əhalisinin təxminən 4,8%-i deməkdir. Dünyanınsosial bəlasına çevrilmiş narkomaniyanın yayılması və onun fəsadları Azərbaycancəmiyyətindən də yan keçməmişdir. Yeniyetmə və gənclərin aparılan genişmiqyaslı maarifləndirmə kampaniyalarına qoşulması onların zərərli vərdişlərhaqqında məlumat əldə etməsində, maarifləndirilməsində böyük rol oynayır.

 "GənclərinSosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi 2014-cü il iyun-oktyabr aylarında AzərbaycanRespublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Regiongənclərinin zərərli vərdişlərə qarşı mübarizə kampaniyası” adlı layihə həyatakeçirib. Layihənin məqsədi Azərbaycanın regionlarında (Saatlı və Hacıqabulrayonları) insanların sağlam həyat tərzi uğrunda narkomaniya, HİV/AİDS-inyayılmasına qarşı qabaqlayıcı və profilaktik tədbirlərin keçirilməsi,insanların mənəvi-əxlaqi tərbiyəsinin yüksəldilməsi, onlarda narkomaniyayaqarşı hisslərin oyadılması, təbliğat işinin aparılması, insanların maarifləndirilməsi,onlara məlumatların verilməsi və maarifləndirici bukletlərin paylanılmasıolmuşdur.

Layihə çərçivəsindəSaatlı və Hacıqabul rayonlarında ümumilikdə 12 təlim keçirilib. Həyata keçirilənlayihədən əsasən 14-29 yaş arası gənclər, yeniyetmələr, orta məktəblərin yuxarısinif şagirdləri və rayon ictimaiyyəti faydalanmışdır. 180 nəfərin iştirakı iləkeçirilən təlimlərdə yeniyetmə və gənclər maarifləndirilmiş, təlim materiallarıvə  bukletlərlə təmin edilib.