adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Yanvar 2017 15:24
9536
GÜNDƏM

«RƏCƏB İVEDİK -5» FİLMİNDƏ AZƏRBAYCANLA BAĞLI SƏHNƏ DƏYİŞDİRİLƏ BİLƏR

Bu filmdəki məlumsəhnə təkcə Azərbaycanda yox, Türkiyədə dəböyük etirazlara səbəb olub. Yənifilmin müəllifləri qaşınmayan yerdən qan çıxarıblar. Yəni həmin səhnə filmə eləbir gözəllik gətirməyib, olmaya da bilərdi. Amma day bu faciə də deyil, yəni beləşeylər Azərbaycanla Türkiyənin qardaşlığına xələl gətirə bilməz. Milçək bir şeydeyil, ürək bulandırır. Belə hadisələr zaman-zaman olur. Yadınızdadırsa, daha böyükbir kriz Abdullah Güllə azərbaycanlılaraqarşı soyqırımın komutanı Serj SərkisyanınTürkiyədə birgə izlədikləri Türkiyə-Ermənistan futbol matçı zamanı stadiona Azərbaycan bayrağının buraxılmaması,hətta fanatların əlindən alınıb zibilliyə atılması zamanı da çıxmışdı. Amma sonrahər şey yerinə oturdu. Yenə belə bir kriz Türkiyə hökuməti ilə Ermənistan hökumətininAvropanın hansısa bir xaraba şəhərində, gərək ki Cenevrədə sərhədlərin açılması ilə bağlı protokol imzalayanda da çıxmışdı. «Kurtlar vadisi» filminin bəzi seriyalarındada Azərbaycan hədəfə götürülmüşdü. «Ədalət» qəzeti olaraq biz də onların layiqlicavabını vermişdik. Bu Rəcəb İvedikdəki səhnə onların yanında toya-bayrama getməlidi.

Olur, abilərimizhərdən belə səhvlərə yol verirlər və sonrada həmin səhvlərinin altında qalırlar.

Yuxarıda qeyd etdik,bu Türkiyədə də böyük etirazlara səbəb olub, hətta siyasilər bu məsələyə qarışıb.Yanvarın 18-də «Fox» televiziyasının səhər-səhər efirə gedən «Çalar saat» proqramındasunucu İsmayıl Küçükkaya bu məsələyə xüsusi bir yer ayırmışdı. Qonağı AK partidənmillət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nejdətbəy idi. Nejdət bəy xüsusilə vurğuladı ki,dünyada keçirilən hər hansı çempionatda əgər Azərbaycan idmançısı qalib gəlirsə,o, öz ölkəsinin bayrağı ilə bərabər Türkiyənin də bayrağını qaldırır, eləcə də türkidmançı qalib gəlirsə, o da ölkəsinin bayrağı ilə bərabər Azərbaycan bayrağını qaldırır.Bu bizim bir millət iki dövlət olmağımızın, qardaşlağımızın rəmzinə çevrilib. Nejdət bəy daha sonra filmdəki səhnənin çox yanlışolduğunu xüsusilə qeyd elədi. Və bildirdi ki, filmin müəllifi Şahan Gökbaharla əlaqəsaxlayıb, həm etirazını bildirib, həm də həmin səhnənin filmdən çıxarılmasını, yerinəhəmin səhnənin başqa bir espiri ilə (yənizarafatla) əvəz olunmasını xahiş edib. Onu da bildirdi ki, müəyyən razılığa da gəliblər.

Rəcəb İvedik də özünübelə yandırdı.