“Real Madrid” iki yeni müdafiəçi almağı planlaşdırır

İspaniyanın “Real Madrid” komandası yay transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir.
Adalet.az xəbər verir ki, klub rəhbərliyi müdafiə xəttindəki boşluğu aradan qaldırmaq üçün iki yeni futbolçu ilə müqavilə imzalamağı planlaşdırır.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, madridlilər İngiltərə təmsilçisi "Arsenal"dan Vilyam Saliba və Almaniya "Bayer"indən Aleks Qrimaldo ilə maraqlanır.
Qeyd edək ki, “Real Madrid” baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında La Liqanın turnir cədvəlində 75 xalla ikinci pillədə qərarlaşıb.