03 Iyul 2025 14:44
100
SİYASƏT

 Razi Nurullayev: "Haqqımızı müdafiə etməkdən çəkinməməliyik"

Hazırda Rusiyada  azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı hüquq mühavizə orqanlarının və kütləvi informasiya vasitələrinin həyata keçirdiyi diskriminasiya və islamafob siyasətinin başında RF-sın  prezidenti Vladimir Putinin dayandığı heç kimdə şübhə doğurmur. 

 Məsələ ilə bağlı "adalet. az" saytı, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin  deputatı Razi Nurullayevin fikirlərini təqdim edir.

 Yekatrinburqda baş verən son hadisələrdə göstərir ki, bütün bunlar Rusiya Federasiyasının düşünülmüş dövlət strategiyasının tərkib hissəsidir. Müsəlmanlara qarşı artan zorakılıü halları, hüquq mühafizə orqanlarının xüsisi təyinatlılsrının qəddarlığı və KİV-lərin formslaşdırdığı ictimai rəy, göstərir ki, Rusiya hakimiyyəti təkcə siyasi deyil, eyni zamanda assimilizasiya siyasəti həyata keçirir. Başqa dildə danışan, başqa dinə mənsub vətəndaşlar potensial təhdid kimi qəbul olunur.

 Müsəlman xalqlarının nümayəndələrinə, o cümlədən azərbsycanlılara qarşı aparılan və zorakılıqla müşayət olunan, yaşdığı evlərinə basqınlar, ailə üzvlərinə qarşı törədilən vəhşiliklərlə vətəndaşların istintaqsız, məhkəməsiz, onlara qarşı ittihamlarln sübuta yetirilmədən vəhşıcısinə qətlə yetirilməsi ilə bağlı məlumatların sayı getdikcə artmaqdadır. Polis bölmələrində Beynəlxalq hüquq normalarının pozulması halları- azərbaycanlıların işgəncələrə məruz qalmaları, zorakılıqla qərəzli ittihamlar irəli sürülməklə həbs olunmaları halları,  Rusiyanın apardığı çirkin siyasətin ağır nəticələrinə çevrilməkdədir. Üstəlik bu qanunsuz hərəkətlərə məhkəmələrin də göz yumması,  Kremlin tapşırıqlarını yerinə yetiən medianında törədilən zorakılığa, insanları vəhşicənə döyülməsinə guya  "hüquqi  don" geyindirmək cəhdləri onu göstərir ki, ölkədə baş verən insan haqlarlnın tapdalanması, vətəndaşların və miqrantların hüquqlarının kobud şəkildə pozulması, Rusiyanın dövlət siyasətinin tərkib hissəsinə çevrilir.

 Sovetlər ittifaqı dağıldıqdan sonra Rusiyada şovinizmin və islamafobiyanın yüksək həddə çatması dərin tarixə söykənir. Elə yaxın tarixdə törədilən 20 Yanvar faciəsi, erməni daşnaqlarlnın əli ilə törədilən Xocalı soyqrımı bunun bariz nümunələridir. 

 Biz,  bir dövlət olaraq, baş verən hadisələri yalnız müşahidə etməməli, beynəlxalq ictimayyətin də diqqətini aktiv şəkildə, Rusiyada qeyri rus və o cümlədən azərbaycanlılara qarşı müdamadi olaraq törədilən, insan haqlarının kobud şəkildə pozulması hallarına yönəltməli, haqqımızı müdafiə etməkdən  çəkinməməliyik.

  Hazırladı: Rüstəm Hacıyev