adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Dekabr 2018 12:24
7549
MƏMLƏKƏT

Rayonlara vaksinlər göndərilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən 2019-cu il üzrə heyvanlara dövlət tərəfindən təminatı aparılacaq vaksinlər rayonlara çatdırılıb.

Bu barədə Adalet.az-a açıqlamasında Xidmətin mətbuat katibi Yolçu Xanvəli deyib. O bildirib ki, gələn ildən vaksinlərin vurulmasına başlanılacaq.

"Heyvanların sayına uyğun vaksinlər vurulacaq. Diaqnostik kabinetlərin maddi texniki təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bundan əlavə, laboratoriyalar fəaliyyət göstərəcək".