adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Fevral 2016 15:40
21462
HÜQUQ

Rauf Mirqədirovun məhkəməsinin vaxtı məlum oldu

Həbsdə olan jurnalist Rauf Mirqədirovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin vaxtı müəyyən edilib. Adalet.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində fevralın 18-də hakim Abid Abdinbəyovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, R.Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan R.Mirqədirov apelyasiya şikayəti verib və bətaət istəyib.