Ramin Dekonun həbs müddəti UZADILDI
Məhkəmə “Meydan TV işi” üzrə saxlanılan Ramin Cəbrayılzadə (Deko) barəsində qərar verib.
Adalet.az xəbər verir ki, “Report”un məlumatına görə, Xətai Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində olan həbs qətimkan tədbirinin 3 ay müddətə uzadılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, Ramin Cəbrayılzadə qaçaqmalçılıqda ittiham olunur.
Xatırladaq ki, “Meydan tv” işi üzrə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Onlar barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Daha sonra Xətai rayon Məhkəməsində onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39
7 il əvvəlki cinayətin üstü açıldı - Tanışını öldürüb, meyitini su quyusuna atıbmış
21 Sentyabr 2026 09:44
Azərbaycanda yeni hüquqi platforma yaradıldı
18 Sentyabr 2026 15:25


Bakı -°C

