Ramil Usubov Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşdü
Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının (TŞ) katibi, general-polkovnik Ramil Usubov mayın 13-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Memişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edib.
R.Usubov ümidvar olduğunu bildirib ki, yeni məsul vəzifəsində Baş katibin ölkəmizə ilk səfərinin, bugünkü tədbirin, xüsusilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşün iki qardaş dövlət ərazisində əmin-amanlığın və təhlükəsizliyin gücləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Cənab Okay Memiş müvafiq qurumlarımız arasında əlaqələrin möhkəmlənməsi və daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini, belə görüşlərin təhlükəsizlik sahəsində birgə fəaliyyətin təkmilləşməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətinin üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyi abidəsini ziyarət ediblər.
Digər Xəbərlər
01 May 2026 18:55
Ceyhun Bayramov və Abbas Əraqçi arasında telefon danışığı oldu
01 May 2026 18:38
Diplomatik korpusun nümayəndələri Şuşa qala divarlarını ziyarət ediblər
01 May 2026 17:51
Xarici diplomatlar Şuşada bərpa işləri ilə tanış olublar
01 May 2026 17:18
Hikmət Hacıyev: Avropa Parlamentinin qəbul etdiyi qərarların...
01 May 2026 16:05
"Azərbaycan regionda sülhə can atır" - Hikmət Hacıyev
01 May 2026 16:04
"Azərbaycan Ermənistan da daxil bütün qonşularla dostluq münasibətləri qurub" - Prezidentin köməkçisi
01 May 2026 15:04
Türkiyə səfiri: Qarabağın bərpasının çox sürətlə aparılmasından sevinirik
01 May 2026 14:33


Bakı -°C

