Ramil Usubov şöbə rəisini işdən çıxardı
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN-in mətbuat xidmətinin informasiya bölməsinin rəisi polis polkovnik-leytenantı İlham Babayev tutduğu vəzifədən azad edilərək mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, İ. Babayevə qədər bu vəzifədə polis polkovnik-leytenantı Orxan Mansurzadə çalışıb. DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib.
Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov, mətbuat xidmətinin rəis müavini vəzifəsinə isə O. Mansurzadə təyin edilib.
Digər Xəbərlər
03 May 2024 15:51
Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52Elşad Hacıyev: “Son dörd ayda narkotiklə bağlı 3 585 fakt aşkarlanıb, 1 585 nəfər məsuliyyətə cəlb olunub”
03 May 2024 12:45Ağdamın bu kəndlərinə köç ilin sonuna qədər başlayacaq
03 May 2024 12:05Kəlbəcər şəhərinin Baş Planının detalları AÇIQLANDI
03 May 2024 11:42