adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Iyul 2014 10:38
8493
MƏMLƏKƏT

Ramil Usubov işdən çıxardığı polkovnikə vəzifə verdi

Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən sərəncama göndərilən xidmət üzrə müavin Yasər İbadov həmin vəzifəni bundan sonra Bakının başqa bir rayonunda icra edəcək.
Polkovnik Y.İbadov Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Qaradağ Rayon Polis İdarəsində xidmət üzrə müavin vəzifəsinə təyin edilib. Xatırladaq ki, Y.İbadov polis polkovniki Namiq İsmayılov Binəqədi Rayon Polis İdarəsinin rəisi təyin olunduqdan sonra vəzifəsindən azad edilərək sərəncama göndərilmişdi.