adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Sentyabr 2018 14:17
12757
MƏMLƏKƏT

Rafael Cəbrayılov:“İslam dini elmi şəkildə öyrənilməlidir!”

Azərbaycandahəyata keçirilən dini sisayət zaman-zaman öz müsbət nəticələrin verməkdədir. CənabPrezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi İli”elanolunması eyni zamanda İllahiyyat İnstitutunun yaradılması haqqında sərəncambunu deməyə əsas verir ki, Azərbaycan dini dəyərlərə, İslam dinin düzgün təbliğinəolduqca ciddi önəm verir.

Milli Məclisindeputatı Rafael Cəbrayılov ölkədə İllahiyyat İnstitutunun yaradılması məsələsinəöz münasibətini bildirib. Qeyd edib ki, təhsil müəssisələri yaratmaqla gənclərin təhsil alması, elmöyrənməsi nəinki müsbət bir haldır, eyni zamanda Allahın bəyəndiyi və Qurani Kəriminbuyurduğu bir əməldir: "Saf niyyətlə təhsil almaq, elm öyrənmək cihaddır.Allahın halal buyurduğu bütün əməllərin saf niyyətlə edilməsi və bu istiqamətdəaparılan mübarizə cihad hesab olunur. Bu baxımdan ölkə prezidenti  Cənab İlham Əliyev tərəfindən 9 fevral 2018-ci ildə Azərbaycanİlahiyyat İnstitutunun yaradılması hamı tərəfindən dəstəklənən və bəyənilənaddım olmaqla yanaşı, eyni zamanda Allah dərgahında savab yazılan bir əməldir.Fürsətdən istifadə edib cənab Prezidentə təşəkkür və minnətdarlığımı bildirməkistəyirəm. Allah, ilahi təlimlər, dinlə bağlı ali təhsil müessisəsininyaradılması isə xüsusilə təqdirəlayiqdir. Monoteist dinlərin, o cümlədənİslamın və Qurani-Kərimin elmi şəkildə öyrənilməsini təmin edən müasirİlahiyyat İnstitutunun yaradılması yalnız Azərbaycan təhsili üçün deyil, bu həmdə cəmiyyətimiz üçün möhtəşəm bir hadisədir”.

Deputat qeyd edib ki,İslam dininin simvolik rəngi olan yaşıl rəng dövlət bayrağımızda yer alib: "Buhal İslam dininin elmi şəkildə öyrənilməsini, habelə mükəmməl İlahiyyat İnstitutununyaradılmasını da zəruri edir. İslam Universitetinin respublikamızda mövcudolması, uğurla fəaliyyət göstərməsi ilə yanaşı, İlahiyyat İnstitutunun dayaradılması respublikamızda dini təhsili daha da mükəmməlləşdirəcək. İslamdininin əsaslarının orta məktəblərdə tədris olunmasının həmişe tərəfdarı olmuşam.Deputat seçilərkən təbliğat platformasında bu istiqamətin yer aldığı yeganədeputatam. Dəfələrlə bu məsələni qaldırmışam. Heç kim üçün sirr deyil ki,siqaretdən başlayaraq bir çox zərərli əməllər orta məktəblərə çoxdan ayaq açıb.Allah kəlamlarının məktəblərimizə daxil olması nəinki təqdirəlayiq və dəstəklən,habele savab yazılan bir əməl olardı. Həmin zərərli əməllərə qarşı mübarizədə dəkəsərli silah olardı”.