adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Yanvar 2018 12:25
20647
SİYASƏT

Rafael Cəbrayılov: “Beynəlxalq hüquq, yoxsa güclünün hüququ”

Millət vəkili Rafael Cəbrayılov beynəlxalq hüququn görünməyən tərəflərindəndanışıb. 

O bildirib ki, bəzi hallarda supergüclər bu hüquqdan öz maraqlarınaminə istifadə edir: "Beynəlxalq hüquq ölkədaxili milli hüquqa nisbətən gəncbir hüquq sahəsi olsa da, bəşəriyyət ücün mühüm əhəmiyyət kəsb edir. Çünki beynəlxalq aləmdə sülhə nail olmanın vəmüharibələrdən yayınmanın vacib şərti beynəlxalq hüquq normalarına riayət edilməsidir.Amma əfsuslar olsun ki, bəşəriyyət inkişaf etdikcə beynəlxalq hüquqnormalarının qəsdən pozulması, dövlət və geosiyasi maraqların beynəlxalq hüquqnormalarından üstün tutulması hallarına daha tez-tez rast gəlirik. Acınacaqlıhal ondan ibarətdir ki, bu kimi halları törədənlər böyük hərbi qüdrətə sahibfövqəldövlətlərdir. Dünyada sülh və əmin-amanlığın qarantı olmaq əvəzinə özdövlət sərhədlərindən min kilometrlərlə uzaqda "milli təhlükəsizlik” şüarı iləsuveren dövlətlərin daxili işlərinə qarışmaq, dövlət çevrilişləri həyata keçirmək,milyonlarla insanların qaçqına çevrilməsi, iqtisadiyyatın dağıdılması, aclıq, səfalətvə xaosun əmələ gəlməsi, həmin ölkələrin prezidentlərinin öldürülməsinə nailolmağa qədər ağır cinayətlər törədirlər. BMT-nin Təhlükəsizlik Şurasının qərarı olmadan və ya belə bir qərartəzyiq altında qəbul etdirildiyi hallarda isə cənab İlham Əliyevin sözləri ilədesək bu qərarın mürəkkəbi qurumadan icra edilir. Buna ABŞ-ın İraqa müdaxiləsi, "Ərəb baharı” ilə bağlı vədigər hadisələri misal göstərə bilərik. Amma Ermənistan tərəfindən işğalolunmuş Azərbaycan torpaqlarının dərhalazad edilməsinə dair BMT-nin TəhlükəsizlikŞurasının 4 qətnaməsi hələ də icra edilmir. Bununla da, bəşəriyyətin ən böyüknailiyyətlərindən olan beynəlxalq hüquq sülh və əmin-amanlığın qarantı olmaq əvəzinəfövqəldövlətlərin əlində zorakılıq alətinə çevrilir. Bu hal bəşəriyyətə yaxşıheç nə vəd etmir. Beynəlxalq hüququn güclünün hüququna çevrilməsi səbəbindənbeynəlxalq gərginlik elə bir həddə çatmışdır ki, heç indiyədək baş vermiş ikidünya müharibəsinin ərəfələrində bu cür gərginlik olmamışdır. Düşünürəm ki,beynəlxalq ictimaiyyət fəallıq göstərməli, təşəbbüsü ələ almalı, beynəlxalqhüquq pozuntularına yol verilməsinin qarşısınıalmalı, bəşəriyyətin gələcəyi naminə beynəlxalq həmrəylik nümayiş etdirməlidir”.

Millət vəkili hazırda beynəlxalq hüquqa kölgə salan məsələlərlə bağlıbir sıra təkliflərini də səsləndirib: "BMT-də fundamental islahatlaraparılmalı, BMT-nin TŞ-nın daimi üzvü statusu ləğv edilməli, bu beynəlxalq təşkilatdasubyektlərin hüquq bərabərliyi təmin edilməklə qərarlar demokratik əsaslarla qəbuledilməlidir”.

Ədil Ədilzadə