adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Aprel 2018 18:07
15864
SİYASƏT

Rafael Cəbrayılov: “ABŞ-ın S-400 (triumf) narahatlığı”

ABŞTürkiyəyə "Patriot" zenit-raket komplekslərinin birgə istehsalınıtəklif edib. Bu barədə Türkiyə KİV diplomatik mənbələrə istinadən yazır.İddiaya görə, rəsmi Vaşinqton Ankaraya bu sahədə əməkdaşlıq üçün"niyyət memorandumu" göndərib.

Məsələyəmünasibət bildirən millət vəkili Rafael Cəbrayılov deyir ki, Rusiyanın türk vəİslam dünyasına üz tutması, Rusiya-Türkiyə münasibətlərinin müsbət istiqamətdəinkişaf etməsi gələcəkdə strateji tərəfdaşlıqdan danışmağa imkan verir:"Bu, özünü nəinki sənaye-ticarət məsələlərində, habeləTürkiyənin ilk Atom Elektrik Stansiyasının Rusiya mütəxəssisləri tərəfindəntikintisinə başlamasında, hətta müasir silahların Türkiyəyə satılmasında daözünü biruzə verir. Söhbət yeni nəsil S-400 (triumf) raket qurğularından gedir.Ən yüksək hərbi imkanlara malik bu raketlərin artıq Türkiyəyə göndərilməsinintezləşdirilməsi nəinki bütün NATO ölkələrində, əsasən ABŞ-da ciddi narahatlıqdoğurub. Məhz elə buna görə də ABŞ Türkiyəyə "PATRİOT” havahücumundan müdafiə komplekslərinin birgə istehsalını təklif edən niyyətlə çıxışedib”.

R.Cəbrayılovonu da qeyd edib ki, NATO-nun üzvü olsa da, heç də ona NATO-nun üzvü olandövlətlər tərəfindən doğma münasibət bəslənməyən Türkiyə bu uzaqgörən siyasətidavam etdirəcək:"Rusiya hərbi təyyarəsinin Türkiyətərəfindən vurulmasına nail olan NATO, əsasən də ABŞ hadisələrin bu cür cərəyanedəcəyini əvvəldən görməli idi. Bu hal Qərbin mövqelərinin zəifləməsinə,ümumbəşəri ictimai fikrin və dünyada qüvvələr balansının dəyişməsinə, ən başlıcasıisə Şərqin tamamilə "oyanması”na gətirib çıxaracaq. Şərqin"oyanması”, habelə təşkilatlanması artıq dünyada baş verən hadisələrinməcrasının dəyişməsinə səbəb olar və Qərbin Şərqdə "at oynatması”na sonqoyular”.