“Qəlpə adamın başını qopardı, üç dostumu əsir götürdülər” – Xocalıda sonuncu toyun bəyi
Xocalıda sonuncu toyun bəyi Vasif Qafarovdur. V.Qafarov 1965-ci ildə Xocalıda anadan olub. O, 1992-ci ildən Xocalı Özünümüdafiə Batalyonunun döyüşçüsü olub. Müsahibimiz həmin gecəni belə nəql edib və Xocalıdan çıxanda 26 yaşı olduğunu bildirib:
“Bizim postumuz aeroporta yaxın ərazidə yerləşirdi. Düşmən artilleriyadan iki saat postumuzu atəşə tutdu. Qarqar çayının Alma bağı deyilən ərazisindən müşahidə edirdik və 366-cı polkun iki BMP-si aeroport istiqamətində Xocalıya girdi. İnsanlar isə zirzəmilərə sığınmışdı. Biz insanları evlərdən çıxarıb xilas etmək üçün şəhərdən aparmağa çalışdıq. Kətik meşəsinin yanında Çayqovuşan deyilən yerdə guya ermənilər əhalinin çıxması üçün koridor qoymuşdular. Gecə saatlarında millət ora toplaşdı”.
O, deyib ki, qarlı, şaxtalı gecədə insanlar Qarqar çayını keçməyə məcbur olublar:
“Çayı keçib meşəyə girdik. Ağdam istiqamətində getməyə başladıq. Səhərə yaxın Qaraqaya deyilən istiqamətə çatanda gördük ki, atışma səsləri gəlir. Sən demə bizdən irəlidə gedənlər ermənilərin mühasirəsinə düşübmüşlər. Biz ora çatanda Əsgəran istiqamətindən iki “BTR” və iki “ZİL 131” gəldi. Onların içində hərbçilər dolu idi. BTR yolun ortasında dayandı və kim Ağdam-Şelli istiqamətinə keçə bildisə, keçdi, keçə bilməyəni isə meşəyə doldurdular”.
V.Qafarov həmin yerdə xeyli insanın ermənilər tərəfindən şəhid edildiyini bildirib:
“Qəlpə gözümün qabağında adamın başını qoparıb apardı. Adamların sağ qalanlarını isə əsir götürdülər. Mənim üç dostum əsir düşdü. Xocalıda mənim toyum sonuncu toy kimi xatırlanır. 1992-ci il yanvarın 18-də toyum oldu. Elə toyu da atışmaya görə yarımçıq kəsdik. Şəkildə gördüyünüz dostlarım əsir düşdülər və indiyə kimi onlardan xəbər yoxdur”.
Qeyd edək ki, Xocalı işğaldan azad ediləndən sonra Vasif Qafarovun toy səhnəsi ilə bağlı sənədli film çəkilib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Fevral 2026 09:58
Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər davam edir
26 Fevral 2026 09:15
“Canlıda eşitdik, 25-26 yaşlarında oğlan səsi idi” - Tələbələri şantaj edən kimdir?+ VİDEO
25 Fevral 2026 21:10
Prezident sakinin səhvini düzəltdi - "Mən 61-əm"
25 Fevral 2026 20:43
Prezident və ailəsi sakinlərlə görüşdü - FOTOLAR
25 Fevral 2026 19:45
İlham Əliyev Xocavənd şəhər və kənd sakinləri ilə görüşüb - YENİLƏNİB + FOTOLAR
25 Fevral 2026 16:53
Temperatur 8 dərəcə enəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB
25 Fevral 2026 15:03
Bir vaxt ayaqyalın keçdikləri Qarqar çayını belə ziyarət etdilər – FOTO
25 Fevral 2026 13:47


Bakı -°C

