adalet.az header logo
  • Bakı -°C
08 Fevral 2026 15:22
64
ŞOU-BİZNES
A- A+

İlkin Dövlətovun yeni layihəsi: “Bir Cavan” - VİDEO

Azərbaycan musiqi səhnəsinin sevilən ifaçısı İlkin Dövlətovun yeni layihəsi – “Bir Cavan” mahnısının klipi tamaşaçıların ixtiyarına verilib. 

Dərin mənası və səmimi duyğular üzərində qurulan bu mahnı və ekran işi güclü yaradıcı heyətin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

Mahnının sözləri Adil Rəkidiyə, musiqisi isə ifaçının özünə – İlkin Dövlətova məxsusdur. İfaçı əsəri özünəməxsus emosional tərzi ilə təqdim edərək dinləyicini ilk notlardan etibarən hekayənin içinə çəkir.

Aranjiman Rabil Səfərli tərəfindən hazırlanıb. Klipin rejissoru Sadiq Hacı ekran işində mahnının ideyasını vizual dildə ustalıqla ifadə edib.

Qeyd edək ki, 9 may tarixində Opera Studiyasında İlkin Dövlətovun “Bir Cavan” adlı solo konserti keçiriləcək. Musiqisevərləri canlı ifalar, dərin emosiyalar və unudulmaz bir musiqi axşamı gözləyir. Konsertdə sənətçinin sevilən mahnıları ilə yanaşı, “Bir Cavan” da xüsusi təqdimatla səsləndiriləcək.