adalet.az header logo
  • Bakı -°C
06 Fevral 2026 09:10
62
ŞOU-BİZNES
A- A+

İlahə İbadova: “Kim bu sözü deyirsə, tərbiyəsizlik edir”

İlahə  İbadova “oğluma müğənni xanım almaram” ifadəsini işlədən həmkarlarına səslənib.

Adalet.az bildirir ki, sənətçi bu ifadəni tərbiyəsizlik kimi qiymətləndirib:

“Bu çox mənasız ifadədir. İyrənc fikirdir. Kim bu sözü deyirsə, tərbiyəsizlik edir. Ən dəhşətlisi isə bunu deyənlərin  bir çoxu xanım müğənnilərdir. Necə olur ki, sənə müğənnisən, amma müğənni qız almırsan. Demək ki, sənin özün də pissən və istəmirsən ki, evinə özün kimi bir gəlin gətirəsən. Bunun başqa mənası yoxdur.Amma unutmayaq ki, insanın əqidəsi olandan sonra  hansı sahədə işləyirsə işləsin fərq etmir. Həmin adam namusunu qoruyacaq. Çünki bu şeylər gendən gəlir. Sonradan heç kimdə qeyrət formalaşmır. Bu, adamın canında- qanında olur. Bir qadın əxlaqını hansısa kişiyə görə yox, özünə görə qorumalıdır”.

Əntiqə