Nadir Qafarzadə: “Ondan sonra çox çətinlik çəkdim”
Nadir Qafarzadə uzun zamandan sonra ailəsindən danışıb.
Adalet.az bildirir ki, gəncliyindən və anasını xatırlayıb:
“Həmişə deyirəm ki, pul hər şey deyil. Pulumuz yox idi, çox kasıb idik. Ancaq Anam var idi, bacılarım yanımda idi. Kasıb olsaq da, o qədər xoşbəxt idik ki. İndi hər kəs bir ev-eşik sahibidir. Hamı demək olar ki, öz ailəsinin qayğısını çəkir. Anam dünyasın dəyişəndən sonra həyatımda çox şey dəyişdi. Ondan sonra çox çətinlik çəkdim. Anamın 40 günü keçməmiş gedib toylarda oxuduğum üçün məni qınadılar. Ancaq həmin məni qınayan adamlar mənə 10 manat vermədilər ki, al bunu ananın yas mərasimini keçir. Heç kəsdən heç nə ummuram. Ancaq deyirəm ki, heç kəsi qınamaq olmaz. Axı bu mənim peşəmdir. Peşəmdən pul qazanmalıyam. Ən çox ona yanıram ki, kasıblıqdan qurtulub gözəl günlər yaşadığımı anam görmədi. Ona ürəyim istəyən kimi baxmağı Allah mənə qismət etmədi. Nə edək? Buna qədər- qismət deyirəm”.
Əntiqə
Digər Xəbərlər
06 Fevral 2026 09:10
İlahə İbadova: “Kim bu sözü deyirsə, tərbiyəsizlik edir”
05 Fevral 2026 21:04
"Avroviziya"da ölkəmizi 3 nəfərdən biri təmsil edəcək
05 Fevral 2026 17:19
"Keçmiş həyat yoldaşımı sevirəm" - Aynur Dadaşova
05 Fevral 2026 12:09
Aqşin Fatehin restoranında saxta viski satılırmış - FOTOLAR
04 Fevral 2026 14:23
Azər Axşam: “Bu halda efirdə mədəniyyətdən, nəzakətdən söhbət gedə bilməz”
04 Fevral 2026 11:42
Qumral: “Mən o sözü elə “cütləşmək” bilirdim”
03 Fevral 2026 19:00
Güneldən Tatlısəsin ona miras verməsi xəbərlərinə REAKSİYA
03 Fevral 2026 13:41


Bakı -°C

