“Birləşmiş Ərəb Əmirlikləri bərpaolunan enerji sahəsində ölkəmizdə böyük işlər görür”
“Cənab Prezidentimiz İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı Əbu-Dabidə Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü, müzakirə edilən məsələlər və onların iştirakı ilə imzalanan sənədlər ölkələrimizin arasında münasibətlərin dərinləşdiyini göstərir. İlk növbədə, münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərləri və dostluq münasibətləri özünəməxsus rol oynayır”.
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib.
O, bildirib ki, bu səfər dövlətlərarası münasibətlərdə şəxsiyyət amilinin mühüm yer tutduğunu bir daha sübut edir:
“İkincisi, iki ölkə arasında münasibətlərin müqavilə-hüquq bazası yaradılıb. Strateji tərəfdaşlığa əsaslanan münasibətlərin siyasi, iqtisadi, enerji, o cümlədən bərpaolunan enerji, mədəniyyət, humanitar və digər istiqamətlərdə inkişafı qarşılıqlı fayda verir. BƏƏ bərpaolunan enerji sahəsində ölkəmizdə böyük işlər görür. Üçüncüsü, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışına dair alqı-satqı müqaviləsinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubunun imzalanması əməkdaşlığın perspektivlərindən xəbər verir, münasibətlərimizin maddi təməllərini möhkəmləndirilir. Dördüncüsü, Bakı ilə Əbu-Dabi arasında qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasına dair məsələlərin müzakirə edilməsi, nəzərdə tutulanların yaxın vaxtlarda gerçəkləşdirilməsi ictimaiyyətin əlaqələrinin və turizmin daha da genişləndirilməsinə imkan verəcəkdir. Nəhayət, Əbu-Dabidə Azərbaycan Respublikası və BƏƏ Silahlı qüvvələri arasında keçirilən “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimi münasibətlərin müdafiə və təhlükəsizlik sahələrində də dərinləşdirildiyini göstərir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

