ABŞ-nin İrana hücumu rejimi dəyişəcək - Politoloq
“ABŞ və İsrailin İrana qarşı hücumu an məsələsidir. Artıq ABŞ Yaxın Şərqə kifayət qədər hərbi əməliyyatlar üçün qüvvələrini yerləşdirib. İsrail də müdafiə və hücum əməliyyatlarını yüksək hazırlıq vəziyyətinə gətirib. Əbu-Dabidə Rusiya -ABŞ və Ukrayna danışıqları nəticəsiz olacaqsa, ABŞ-nin İrana qarşı hücumu reallaşa bilər”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, ABŞ-İsrailin 12 günlük müharibədən fərqli olaraq əsas hücumu İranın Ali dini rəhbəri və sistemin rəhbər şəxslərini aradan götürmək olacaq:
“Əgər, İran danışıqlara açıq olduğunu elan etsə, təklifləri qəbul edərsə, hücum olmaya bilər. Demək olar ki, ABŞ İrana hərbi təzyiqləri artırır. Amma, İran rejimi öz mövqeyindən geri çəkilmir. Çin və Rusiyadan silahlar alır. Bir neçə aya kimi nüvə silahı əldə etmək potensialına malikdir. Xüsusilə nüvə silahını Rusiya İrana ötürə bilər. İran elan edib ki, hücum regional müharibəyə səbəb olar. Həmçinin İsrailə neft ötürən kəmərləri vura bilər.
Onu da qeyd edim ki, Bakı -Ceyhan neft kəməri İsrail -Azərbaycan arasında deyil, Türkiyə -Azərbaycan arasındadır. Ordan Ceyhan limanından istənilən ölkə nefti ala bilər. Azərbaycan İsrailə neft ixrac etmir. Əgər, İran Türkiyə və Azərbaycana qarşı hərbi təxribatlara əl atarsa, İran rejimi devriləcək. Həmçinin Azərbaycan və Türkiyə Cənubi Azərbaycana ordu yeridə bilər.Qeyd edim ki, İrana təhlükə İraq və körfəz ölkələrinin ərazisindəndir. Azərbaycan və Türkiyə daima İrana qarşı hərbi müdaxilənin əleyhinə olub”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05


Bakı -°C

