Seyid dilənməz, dilənirsə,o seyid deyil!
Biz həmişə görmüşük ki, insanlar seyidin qapısına gedir, ona nəzir- niyaz verir.Yaxşı yadımdadır. Universitetin jurnalistika fakültəsinə qəbul olmuşdum .
Anam da həmin vaxtı ali məktəbə qəbul olunmağım üçün Seyid Həsən Ağanın o ağına nəzir demişdı.Demişdi ki, oğlun universitetə qəbul olsun Seyid Həsən Ağaya bir erkək qoyun nəzir deyirəm. Ali məktəbə qəbul oldum və bir yekə erkək qoyun alıb , qardaşım Qürbətlə Zəngilan - Seyid Həsən Ağanın ocağına getdik. Həyətə girəndə sifətindən nur yağan və seyidlərə məxsus libas geyen bir kişi qarşıladı.
O qədər mehriban , o qədər səmimi insan idi ki, hələ də onun çöhrəsində olan işıq yadımda qalıb.Qoyunu maşının yük yerindən düşrüb həyətə biraxdıq. Qardaşım dedi ki, bunu sizin ocağa nəzir demişik.Seyid qəssabı çağırtdırdı, o da on, on beş dəqiqəyə qoyunu kəsib, söydü və ətini səliqə ilə doğradı. Bir qədər qazana atıb bişirdilər, çünki həyətdə seyidi ziyarətə gələn çoxlu qonaq- qara vardı. Və əti bişirb, qonaqlara yemək verdilər.
Qalan yerləri qurbanlıq kimi, kənd camaatına payladılar və bir qolunu da bizə pay verdilər ki, aparıb qurbanlıqdan biz də yeyək! Seyid Həsən Ağaya kim nəzir kimi pul verirdisə, o da pulu bir manatdan camaata paylayırdı.Hətta Seyid Həsən Ağanın 1974-cü ildə mənə verdiyi pul bu gün də durur.Biz seyidi belə görmüşük. Böyük Bəhmənlidə Seyid Əli Ağa vardı. Həm güclü seyid idi, həm də böyük ziyalı! Rəhmətlik Seyid Əli Ağaya nəzir- niyaz verəndə o da el- obaya paylayardı! İndi onun ocağında çox dəyərli, vətənpərvər övladları var. Onlar da ataları kimi verilən nəziri camaata verir. Bax , biz seyidləri belə görmüşük. Seyid dilənməmidir, dilənirsə, o, seyid deyil!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
24 Yanvar 2026 14:01
Bazar gününə olan hava proqnozu
23 Yanvar 2026 17:15
Ağcabədi heyvan bazarının fəaliyyətinə icazə verildi
23 Yanvar 2026 11:49
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
23 Yanvar 2026 11:16
Suriyadan gətirilən ailə sosial xidmət müəssisəsinə yerləşdirildi
23 Yanvar 2026 11:08
Bəzi ərazilərdə velosiped zolaqları ləğv edilsin - TƏKLİF
22 Yanvar 2026 11:54
Güclü qarın yaratdığı fəsadlar aradan qaldırılıb - VİDEO
22 Yanvar 2026 11:26
“Heç kəs ölkədə həmrəy olan cəmiyyəti dağılmış cəmiyyətə çevirə bilməz...”
22 Yanvar 2026 10:48


Bakı -°C

